Kaş ki, anası sağ olaydı…
Mьəllif: Admin
Tarix: 18-07-2021, 19:18
Kaş ki, anası sağ olaydı…
İki qardaş vardı ki, hər gecə biri anasına xidmət edərdi. O birisi isə Allaha xidmət edərdi. Bir gecə Allaha xidmət edən qardaş gəlir və icazə alır ki, bu gecə də Allaha xidmət etsin. O biri qardaşı icazə verir.

Allaha xidmət edən qardaş yatır və yuxuda görür ki, bir səs deyir ki, qardaşını bağışlamışıq.

Səni isə ona görə bağışlamışıq. O, deyir ki, axı mən Allaha xidmətlə məşğul olmuşam, ancaq o anama xidmət etmişdir.

Ona belə cavab verilir ki, sənin etdiyin əməllərdən biz ehtiyacsızıq. Ancaq ananın ona ehtiyacı vardır.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, anasının ayağını öpər – ona bənzəyir ki, Kəbənin astanasını öpmüşdür”.

Həmçinin Rəsuli-Əkrəm (s) buyurur: “Hər kim anasının alnından öpər – cəhənnəm atəşindən amanda qalar”.

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər kim valideynin qəbrini hər cümə günü ziyarət edərsə, günahları bağışlanılar və yaxşı əməl sahiblərindən yazılar”.

Bir gün bir kişi Peyğəmbərimizin (s) xidmətinə gəlir və deyir: “Mən çoxlu günah işlətmişəm, mənim üçün tövbə yolu vardırmı?”.

Həzrət (s) buyurur: “Atan və anan sağdırmı?”.

Deyir: “Ancaq atam sağdır”.

Həzrət (s) buyurur: “Atana ehtiram et və yaxşılıq et ki, Allah da səni bağışlasın”.

O kişi gedəndən sonra Həzrət (s) ətrafında olanlara buyurur: “Kaş ki, anası sağ olaydı”.

Həzrət Peyğəmbər (s) buyurur: “Necə ki, peyğəmbərlərin (ə) ümmətləri ilə bağlı duaları yerinə yetər, ataların övladları ilə bağlı duaları da yerinə yetər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930