Gözəl əxlaqın insana dünya və axirət səmərələri
Mьəllif: Admin
Tarix: 17-07-2021, 18:50
Gözəl əxlaqın insana dünya və axirət səmərələri
Gözəl əxlaqın dünya və axirət faydalarına diqqət edək.

Gözəl əxlaqın dünya faydaları:

1. Dostluq bağlarını möhkəm edər. Həzrət Peyğəmbər (s) buyurur: “Gülər üzlü olmaq dostluğu davamlı edər”.

2. İnsanın ömrünü uzadar. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, gözəl əməl və gözəl əxlaq diyarları abad və ömürləri uzun edər”.

3. Ruzini artırar. İmam Əli (ə) buyurur: “Ruzinin xəzinələri mülayim xasiyyətdə və gülər üzdədir”.

4. İctimai həyatını inkişaf etdirər. İmam Əli (ə) buyurur: “O qədər insan vardır ki, gülərüz olması ona üstünlük vermişdir”.

5. Həyatın çətinliklərini hamar edər. İmam Əli (ə) buyurur: “Hər kimin əxlaqı gözəl olarsa, həyat yolu onun üçün hamar olar”.

Gözəl əxlaqın axirət faydaları:

1. Ali dərəcəyə nail olar. Peyğəmbər (s) buyurur: “Həqiqətən, bəndə öz gözəl əxlaqının sayəsində axirətdə ən uca məqamlara çatacaqdır – baxmayaraq ki, ibadəti zəif olsa belə”.

2. Hesabı asan edər. İmam Əli (ə) buyurur: “Əxlaqını gözəl et ki, Allah hesabını asan etsin”.

3. Günahların bağışlanması. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, gözəl əxlaq büdrəmələri əridər – necə ki, Günəş buzu əridər”.

4. Behiştə daxil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin behiştə getməsinin ən böyük səbəbi – İlahi təqva və xoş əxlaqdır”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930