Kufəlilərin İmam Əliyə (ə) zəif dəstək verməsinin nəticələri
Mьəllif: Admin
Tarix: 14-07-2021, 10:21
Kufəlilərin İmam Əliyə (ə) zəif dəstək verməsinin nəticələri
Kufə əhlinin əskər hissəsi İmam Əlini (ə) sevirdi, çox az adam o Həzrətə (ə) düşmən münasibət bəsləyirdi. Nə zaman İmam (ə) düşmənlə mübarizə aparmağa dəvət edərdi, kufəlilər qəbul edər və İmama (ə) qoşulardılar.

Əlbəttə, lənətlik Müaviyyənin və ümumilikdə Bəni-Üməyyənin əlində oyuncaq olan uğursuz ünsürlər də var idi. Bu bədbəxt insanlar İmama (ə) mənfi münasibətdə bulunur və kin bəsləyirdilər.

İmam Əli (ə) Müaviyyəyə (lən) məktub yazmaqla onu imana gətirmək vəzifəsini icra edirdi. Ancaq təbii ki, Müaviyyə kimi münafiqlə bağlı, bu səylər nəticəsiz qalırdı.

Ona görə də İmam (ə) səhabələrini bir yerə yığdı və görüləcək işlərlə bağlı onlarla məşvərət etdi.

İmamın (ə) səhabələri arasında Əmmar ibni Yasir, Hatəmi Tayi, Qeys ibni Səd, Səhl ibni Hənif kimi tanınmış insanlar var idi. Onlar məsləhət görürlər ki, Müaviyyə (lən) ilə vuruşmaq lazımdır.

Lakin səhabələr arasında imanı zəif olanlar da mövcud idi. Müaviyyə ilə vuruşmağın mənasız olduğunu bəyan edərək, yüzlərlə bəhanə gətirirdilər.

Kufədə bu cür əqidədə olanların sayı az deyildi. Onlar zahirdə özlərini İmamın (ə) dostu kimi göstərsələr də, batində ona qarşı laqeyd və hətta düşmən münasibətdə idilər.

Təbii ki, İmam Əli (ə) onların daxili durumlarına çox gözəl bələd idi. Bu səbəbdən İmam (ə) onlara müraciət edərək buyurur:

“Ey o insanlar ki, bədənləri buradadır, ancaq ağılları uçmuşdur. Ey o kəslər ki, nəzərləriniz dağınıqdır və əmirləri özünüzə giriftar etmisiniz. Sizin rəhbəriniz – Allahın müəyyən etdiyi rəhbərdir. Ancaq siz itaətsizlik edirsiniz”.

İmam (ə) bu sözləri ilə Kufə əhlinin bir hissəsinin vəfasız olmasına işarə edir.

Əgər tarixə nəzər salsaq, görərik ki, İmamla (ə) düşmənçilik edənlərin əksər hissəsi Şam əhli idi, Kufə əhli deyil.

Bunun da səbəbi hamıya aydındır. Çünki Müaviyyə (lən) siyasəti elə qurmuşdu ki, hər an insanları öz hakimiyyəti altına almaq mümkün olsun.

Onların əqidəsinə görə, Müaviyyə müsəlman idii və özü də hamıdan üstün insan idi. Bu səbəbdən məlun Müaviyyəni ifşa edənlərlə düşmənçilik edirdilər.

Sonradan Müaviyyənin tör-töküntülərinin göstərişi ilə, zahirdə müsəlman, daxildə kafir olanlar İmam Hüseyni (ə) qətl edib, ailəsini əsir götürmüşdülər.

Bu alçaq əməlləri ilə hələ bir fəxr də edirdilər. Onu zillət və cinayət hesab etmirdilər. Çünki Müaviyyənin oğlu lənətlik Yezidə qulluq etməyi bu ağılsızlar düzgün hesab edirdilər və zahirdə mənsub olduqları dini onlara gətirən İslam Peyğəmbərinin (s) nəsli ilə düşmənçilik etməyin cinayətkar mahiyyətini dərk etmək istəmirdilər.

Müaviyyə (lən) öz zamanında bir dəstə satqın səhabəni vəzifələndirmişdi ki, İmam Əlinin (ə) əleyhinə yalançı hədislər uydursunlar.

Müaviyyəyə bu alçaq işdə yardım edənlərin arasında Əbu Hüreyrə, Əmr As, Muğeyrə, Cundəb və digərləri var idi.

Bu hədislər Şam əhli arasında yayılmış və Məsum İmam (ə), Peyğəmbərin (s) vəsisi olan Həzrət Əliyə (ə) qarşı olan kini daha da böyütmüşdü.

Beləliklə deyə bilərik ki, İmamla (ə) düşmənçilik edənlər Kufədən çox, Şam əhli arasında idi. Kufədə olan imansızlar isə İmamla (ə) müxalifət etmir, amma gizlincə onun əməllərinə mane olmağa çalışırdılar.

Necə ki, İmamın (ə) haqq döyüşü zamanı, münafiqlərin Quranı nizə başına taxmasından qorxanlar kimi.

Bu ağılsız və imansız şəxslərin xəyanəti nəticəsində İmam Əli (ə) kimi dahi, Müaviyyə kimi rəzil ilə müqavilə bağlamağa məcbur olur.

Bu cür imanı zəiflərin sayəsində müqəddəs İslam dini İmam Əlinin (ə) apardığı İlahi xətt üzrə deyil, müxtəlif kənar təsirlər altında qarışıq, hətta bəzən İslama açıq zidd olan xətt üzrə gedir. Bugünkü acınacaqlı durum və pərakəndəlik də məhz o xəyanətlərin nəticəsində baş vermişdir.

Şükürlər olsun ki, hər zaman həqiqi İslamı daşıyanlar və təbliğ edənlər olmuşdur, var və olacaqdır və onların zəhməti sayəsində, mübarək dinimiz günümüzə qədər olduğu kimi gəlib çatmışdır.

Uca Allah bizləri Zəmanə İmamını (ə.f) dərk edənləridən və o Həzrətin (ə.f) ardınca getmək tövfiqi olanlardan qərar versin, inşəAllah!



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031