Cərcis peyğəmbərə (ə) qarşı ordu çəkən əmirin seçimi
Mьəllif: Admin
Tarix: 8-07-2021, 23:40
Cərcis peyğəmbərə (ə) qarşı ordu çəkən əmirin seçimi
Hədislərin birində oxuyuruq ki, Cərcis peyğəmbərin (ə) zamanında bir kafir əmir vardı. Onun qövmü çoxlu fəsad edirdi.

Ona görə də Allah yağışı onlar üçün yağdırmırdı. Onun ümmətinin əksər hissəsi ölür. Amma yağış yağmır ki, yağmır.

O kafir əmir ayağa qalxır və ordusunu toplayır. Ordusu ilə birlikdə Cərcisin (ə) qapısına gəlir.

Cərcis peyğəmbərə (ə) xəbər verirlər ki, əmir ordu toplayıb və sənin qapına gəlmişdir. O, deyir: “Baxın görün, nə istəyir”.

Əmir deyir: “Bayıra çıx və mənim sözümü Allahına çatdır. De ki, göydən yağışı saxladığı üçün çoxlu insan ölmüşdür. De ki, yağış göndərsin, yoxsa sənə əziyyət verərəm”.

Cərcis (ə) evinə qayıdır və iki rükət namaz qılır. Başını səcdəyə qoyur. Bu zaman Cəbrayil gəlir ki, nə olubdur?

O, deyir: “Ey Cəbrayil! Allah Təala bilir ki, bu kafir nə deyir”.

Cəbrayil (ə) gedir və geri qayıdır, deyir: “Ey Cərcis! De ki, o, aciz və zəifdir, Allah isə qadir və güclüdür. Allahı necə incidə bilər ki?!”.

Cərcis (ə) bu sözləri əmirə deyir. O, cavabında deyir: “Düz deyirsən. Mən aciz və zəifəm və əlim Onu incitməyə çatmaz. Ancaq Onun dostlarını incidə bilərəm.

Birinə şallaq vururam, birinə qılınc vuraram, birini suya ataram və birini atəşə. Onun dostlarını incitdiyim üçün, Onu incitmiş olaram”.

Allah Təala Cəbrayili göndərir. O, deyir: “Ey Cərcis! Allah buyurur ki, Mənim bu bəndəmi geri qaytar və de ki, yağış yağdıracağam”.

Əmir sarayına geri qayıdır. Üç gün, üç gecə yağış yağır. Dördüncü gün günəş çıxır və bitkilər çıxmağa başlayır. Bir həftə sonra əmir bu gözəlliyi görən kimi, yenə ordusunu toplayır və Cərcisin (ə) qapısına gəlir.

Cərcis bayıra çıxır və deyir: “Yağış yağdı. İndi nə istəyirsən?”.

Deyir: “Ey Allahın peyğəmbəri! Dava üçün gəlməmişəm. Sülh üçün gəlmişəm.

O kəs ki, dostlarına qarşı belə yaxşılıq edirsə, mən də Onunla sülh bağlayıb, dostlarından olmaq istəyirəm”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031