Şəqqül-Qəmər hadisəsi necə baş verdi?
Mьəllif: admin1
Tarix: 30-12-2021, 21:35
Şəqqül-Qəmər hadisəsi necə baş verdi?
İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) möcüzələrindən biri də "Şəqqül-qəmər" hadisəsidir.

Həzrət (s) işarə edərək, qısa bir müddətdə Ayı parçalamışdır. Ay da iki hissəyə bölünmüşdü.

Hədislər bu hadəsəni “Qəmər” surəsinin 1 və 2-ci ayələrinin nazil olması ilə bağlayırlar. Təfsirçilərin çox hissəsi bu hadisəni qəbul edir. Bu hadisəni İbn Abbas, Ənəs ibni Malik, Abdullah ibni Məsud kimi səhabələr nəql etmişdir.

Nəql edilən hədislərə əsasən, Həzrət Peyğəmbər (s) əllərinin işarəsi ilə Ayı iki hissəyə parçalayır və bu zaman Aydan dağ boyda bir nur ayrılır. Ondan sonra isə Ay parçaları bir-birinə yaxınlaşıb yenidən birləşir. Bəziləri "Şəqqül-qəməri" Qiyamətə nisbət verirlər. Bəziləri isə bu hadisənin məhz Həzrətin (s) dövründə baş verdiyini təsdiq edirlər.

Bu hadisə Məkkədə baş vermişdir. Qüreyş müşriklərindən olan Əbu Cəhlin, Vəlid ibni Muğeyrənin, As ibni Vailin və başqalarının toplaşdığı məkanda baş vermişdi.

Onlar Ayın bütov olan gecəsində Həzrət Peyğəmbərin (s) yanına gəlib deyirlər: “Əgər nübuvvətində doğruçusansa, bu Ay iki yerə ayrılsın”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mən bu işi görsəm, mənə iman gətirəcəksinizmi?”.

Deyirlər: “Bəli”.

Həzrət (s) də Allahdan bu möcüzəni istəyir və Allahın izni ilə onların toplaşdığı yerdə Ayı iki parçaya ayırır. Sonra Ay yenidən birləşir.

Həzrət (s) onlara buyurur: “Şahid olun və baxın!”.

Müşriklər isə öz qərəzli və cahil durumlarında israr edərək, Həzrətə (s) iman gətirmək yerinə, onu cadugər adlandırırlar.

Onlara isə deyirlər ki, əgər sizi sehrləyibsə, onda başqa şəhərlərin insanlarından soruşun ki, bu hadisə baş verib, yoxsa yox.

Onlar da başqa şəhərlərin əhalisindən bu hadisəni soruşurlar və onlar da təbii ki, bu hadisənin baş verdiyini təsdiq edirlər.

Lakin bu təsdiqlər belə, onlara təsir qoymur və onlar yenə də iman gətirmirlər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930