Göz dəymədən qoruma, şəfa mənbəyi, sehrdən aman və salamat qalmaq, həcc savabı – “Fələq” surəsinin fəzilətləri
Mьəllif: Admin
Tarix: 2-07-2021, 23:07
Göz dəymədən qoruma, şəfa mənbəyi, sehrdən aman və salamat qalmaq, həcc savabı – “Fələq” surəsinin fəzilətləri
“Fələq” surəsi Müqəddəs Quranın 113-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 5 ayəsi vardır.

Uca Allah bu surədə Həzrət Peyğəmbərə (s) əmr edir ki, hər bir şərdən Allaha pənah aparsın, xüsusilə də gecənin qaranlığından, əfsun edən qadınlardan və həsəd aparanların şərindən.

Bu surə ona görə “Fələq” adlanır ki, birinci ayəsi fələqə işarə etmişdir. “Fələq” sözünün mənası sübh və göyün ağarması deməkdir.

Bu surənin fəzilətləri barəsində oxuyuruq:

1. Hər kim “Fələq” surəsini oxuyarsa, onun üçün şəfa mənbəyi, sehrdən aman və salamat qalmaq üçün rəhmət olar.

2. Allah yanında ən sevimli surələr – “Fələq” və “Nas” surələridir.

3. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim hər gecə (“Nas”, “Fələq” və “Tövhid” surələrini) 10 dəfə oxuyarsa, ona bənzəyir ki, bütün Quranı oxumuşdur.

Anadan olan gün kimi günahlarından xaric olar. Əgər o gün və ya gecədə ölərsə, şəhidin ölümü ilə ölmüş olar”.

4. Hər kim yatan zaman “Fələq” surəsini oxuyarsa, savabı o kəs kimi olar ki, həcci yerinə yetirmişdir və ya ümrəyə getmişdir. “Fələq” surəsi narahatlıqdan amandır və göz dəyməkdən qoruyur.

5. İmam Sadiq (ə) buyurur: “Hər kim yuxuda görsə ki, “Fələq” surəsini oxuyur – ruzisi çox olar və qadınların hiyləsindən və sehrbazların sehrindən amanda olar”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031