İmtahan və çətinliklər nə üçündür?
Mьəllif: Admin
Tarix: 29-06-2021, 23:33
İmtahan və çətinliklər nə üçündür?
İnsanlar İlahi nemətdən faydalanmaq baxımından eyni deyildirlər. Çünki insanların cismi və əqli qüvvələri, istedadları eyni deyildir. Bəzilərinin həyatı rahatdır, bəzilərinki isə çətinliklə doludur.

Bu mövzuda İlahi hikmətin də rolu vardır. Bəzilərinə az sərvət verir, bəzilərinə çox. Bu yolla onları imtahana çəkir.

İnsanları fərqləndirən amillərdən biri də müsibətdir. Müsibət insanı təkamül etdirər və gizli istedadlarını üzə çıxardar. Qurani-Kərim buyurur ki, əgər bu müsibətlər olmasaydı, siz hamınız eyni olardınız.

“Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər”. (“Hud” 118).

Uca Allah hər kəsi onun tutumuna əsasən imtahana çəkər və müsibət nazil edər. Bu imtahanların əsil məqsədi nədir?

1. Allahı yada salmaq və Onunla rabitə yaratmaq. İnsan elə varlıqdır ki, dara düşən zaman Allahı yada salar və Ondan yardım istəyər.

Allah da ona müsibət göndərər ki, qəflətdən ayılsın və Allahı yada salıb, gündəlik məişət bataqlığından çıxsın.

2. Dərəcə əldə etmək. Möminlərin dərəcəsi məhz müsibət və imtahanlar sayəsində qalxar.

İmam Sadiq (ə) buyurur: “Bəndə üçün Allah yanında hər an dərəcə vardır ki, ona ancaq iki şeylə çata bilər: malının getməsi və ya cisminin xəstə olması ilə”.

3. Fani dünyadan ayrılmaq. Allah Təala müsibət vasitəsilə möminə başa salar ki, bu dünya fanidir və ona bağlanmaq – yaxşı əməl deyildir.

Hər kim dünyaya bağlanar – onun qəlbi daşlaşar və həmin insanın imanı aradan gedər.

4. Müsibətin şiddəti insanın tutumundan asılıdır. Əgər insan zəif cismə və dərkə malikdirsə, müsibət və imtahanı da ona uyğun olar. Yox, əgər əksinə güclüdürsə, müsibəti də onun tutumuna görə olar.

Beləliklə deyə bilərik ki, Uca Allah Öz hikməti əsasında bəndələrini imtahana çəkər və onların istedadlarını üzə çıxardar və təkamül etmələri üçün zəminələr hazırlayar.

Ona görə də bəndə çalışmalıdır ki, bu imtahandan başıuca çıxsın və tərəqqi etsin, nəinki üsyan edib, süqut etsin.

Allah Təala bizləri imtahanlarını layiqincə verənlərdən qərar versin!



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031