Yəqinlik mərtəbəsinə necə qalxmaq olar?
Mьəllif: Admin
Tarix: 29-06-2021, 10:56
Yəqinlik mərtəbəsinə necə qalxmaq olar?
Yəqinin ilk mərtəbəsi – əldə oluna bilən mərtəbədir. Hər kəs mütaliə və təfəkkür sayəsində həmin mərtəbəni əldə edə bilər. Yəni, yəqinin ən sadə halına malik ola bilər.

Misal üçün bilər ki, Allah mövcuddur və təkdir. Bu mövzuda artıq şəkk etməz.

Ancaq yəqinin sonrakı mərtəbələri də vardır ki, çox az insan o mərtəbəyə çata bilmişdir. Bunun üçün həqiqi iman gətirib, imanı inkişaf etdirmək lazımdır.

Məsumlar (ə) bizə bu mərtəbəyə qalxmaq üçün yollar tövsiyə etmişdilər. O cümlədən: başqalarını günaha görə danlamaqdan qorxmamaq, riya etməmək, axirəti dünyadan üstün bilmək, qəbahətli işlərdən həya etmək, gözəl əxlaq, müsibətə səbir etmək, doğru danışmaq...

Quranı tilavət etmək də imanın artmasına səbəb olan amillərdən biridir.

Yəqinə çatmağın başqa bir yolu – bu ayədə deyilənə əməl etməkdir: “Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!”. (“Hicr” 99).

Çünki ibadətin nəticəsi – yəqinlikdir. Yəni, yəqinliyə gedən yol ibadətdən keçir.

Bəs ibadət nədir?

Burada ibadət deyildikdə namaz, oruc və sair deyil, ubudiyyət əsasında olan yaşayış nəzərdə tutulur. Yəni, bu dünyada Allah bəndəsi kimi yaşamaq.

Yəni, həyatının hər anında Allaha xidmət etməklə məşğul olmaq, nəinki günün müəyyən saatlarını.

Ubudiyyət – insanı yəqinə çatdıran nərdivandır. İnsan hər nə iş görürsə, gərək Allah üçün görsün. Hər nə edirsə, niyyətində Allah olsun.

Uca Allah Qurani-Kərimdə buyurur ki, əgər yəqinə çatmaq istəyirsənsə, namaz və orucdan yardım al. Əlbəttə, sadə namaz və ya oruc deyil, həqiqi namaz və orucdan. Namaz və oruc dinimizin sütununu təşkil edirlər. Hər kim qəlb hüzuru ilə bu ibadətləri yerinə yetirərsə, yəqinə çatar.

Bundan başqa, Məsumların (ə) nəzərinə görə yəqinə çatmaq üçün nəfsi islah etmək lazımdır, İlahi qədərə razı olmaq lazımdır, zahid olmaq lazımdır... Bütün bunların hamısı bəndə olmaqdan bəhs edir.

Beləliklə deyə bilərik ki, hər kim yəqinlik məqamına çatmaq istəyirsə, gərək bəndə kimi yaşasın və hər anını Allah istəyən kimi yaşasın. Ona ibadət edib, qəza və qədərinə razı olsun.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930