Necə dua edək? – Böyük alimin tövsiyəsi
Mьəllif: Admin
Tarix: 28-06-2021, 20:11
Necə dua edək? – Böyük alimin tövsiyəsi
Böyük alimlərdən olan Ayətullah Abdullah Ənsarınin etdiyi dualar bizim üçün örnək ola bilər.

Bu duaların bəzisi ilə tanış olaq:

“Allahım, ömrümü bada vermişəm, özümə zülm etmişəm. Sən dedin, mən itaət etmədim və özümü müalicə etmədim.

İlahi, qəlbimizə məhəbbətdən başqasını əkmə və canlarımıza Öz lütf və mərhəmətindən başqasını əkmə. Öz lütfünlə əlimizdən tut və Öz kərəminlə ayaqda saxla.

İlahi, elə nəfs ver ki, Sənin bəndəliyinə qulaq assın. Elə can ver ki, Sənin hikmətinə uyğun, zəhəri də belə, içə bilısin.

İlahi, elə qəlb ver ki, itaət şövqünü artırsın və itaət tövfiqi ver ki, behiştə yönləndirsin.

İlahi, elə elm ver ki, yolda büdrəməyək. Bəsirət ver ki, quyuya düşməyək.

İlahi, elə ayaq ver ki, onunla Sənin məhəbbət dağını başa vuraq. Və elə dil ver ki, onunla Sənə şükür edək.

İlahi, elə baxış ver ki, onunla ancaq Sənin rübubiyyətini görək. Və elə qəlb ver ki, Sənin rübubiyyətindən başqasını istəməsin.

İlahi, bizə üz çevir ki, başqasının üzünə baxmayaq. Bizə qapı aç ki, başqasının qapısına getməyək.

İlahi, malik olduğun zatının hörmətinə, malik olduğun sifətlərin hörmətinə, malik olduğun adların hörmətinə – mənim fəryadıma çat ki, bunu bacararsan.

İlahi, başım xəcalətdən aşağıdır və üzüm günah xəcalətindən sarıdır.

İlahi, əgər dostluq etməmişiksə, düşmənçilik də etməmişik.

İlahi, əgər danışmaq istəsəm, Sənin zikrini deyərəm. Əgər bir şey axtarsam, sənin razılığını axtararam.

İlahi, ümid bağımızı susuz qoyma, günaha görə üzümüzü qara etmə.

İlahi, elə təqva ver ki, dünyadan apara bilək. Elə ruh ver ki, ona görə cəza almayaq. Elə yəqinlik ver ki, hərislik qapısı üzümüzə açılmasın.

İlahi, elə elm ver ki, yoldan qalmayaq. Elə bəsirət ver ki, quyuya düşməyək.

İlahi, bu yanan çırağı söndürmə, bu yanan qəlbi Sən də yandırma!”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930