Ayətullah Xamenei 5100-dən çox məhbusu əfv etdi
Mьəllif: Admin
Tarix: 26-06-2021, 23:42
Ayətullah Xamenei 5100-dən çox məhbusu əfv etdi
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İmam Rzanın (ə) mübarək mövludu və İran Məhkəmə Sistemi işçiləri həftəsi münasibətilə həbsdə olan 5156 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi İmam Rzanın (ə) mövludu və Məhkəmə Sistemi işçiləri həftəsi ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib.

Məktubda 5156 məhbusun əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və ya azaldılması xahiş olunub. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930