Bu insanlar üçün elə bu dünyada cəhənnəm hazır edilər
Mьəllif: Admin
Tarix: 23-06-2021, 10:59
Bu insanlar üçün elə bu dünyada cəhənnəm hazır edilər
İmam Sadiq (ə) buyurur: “Məlundur, məlundur o kəs ki, Allah ona mal bağışlayar və o, ondan heç bir şeyi sədəqə verməz”.

Bəli, İslam dininin nəzərinə görə, sədəqə və infaqın böyük əhəmiyyəti vardır. Çünki yoxsulların əlindən tutar və onların həyatını asanlaşdırar. Hər kim mal sahibi olar amma yoxsullara qarşı biganə olarsa, dinimiz o insanları məzəmmət edir.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamətin torpağı bir parça atəşdir, məgər möminlərin kölgəsindən başqa. Çünki möminin sədəqəsi onu öz kölgəsində örtər”.

Müqəddəs Quranın nəzərinə görə, insanın cəhənnəmlik olmasına iki amil səbəb olar. Biri namaz qılmamaqdır və o birisi isə yoxsula əl tutmamaqdır.

“(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?».

Deyərlər: «Biz namaz qılanlardan deyildik. Fəqirə və yoxsula təam verməzdik”. (“Muddəssir” 42-44).

“Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!» - deyildikdə, kafirlər iman gətirənlərə: «Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?» – deyərlər (“Allah onun ac qalmağını istəmişdir!”). Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz»”. (“Yasin” 47).

Qarun dövrünün ən zəngin insanı olmuşdur, ancaq yoxsullara əl tutmamışdır. “Həqiqətən, Qarun Musanın qövmündən (onun əmisi oğlu) idi. (Fironun vergisini İsrail övladlarından almaq üçün məmur olunmuşdu).

(O,) onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə ağırlıq edirdi.

(Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz».

«Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki, Allah fəsad törədənləri sevməz»”. (“Qəsəs” 76-77).

Ancaq o, bu deyilənlərə qulaq asmadı və bütün mal-dövləti yerə batdı.

“Beləliklə onu (Qarunu) və evini yerə batırdıq. Allahın (əzabı) müqabilində ona kömək edə biləcək (dostlarından və nökərlərindən ibarət) bir dəstə də yox idi. Onun özü də özünü müdafiə edə bilmədi”. (“Qəsəs” 81).

Beləliklə deyə bilərik ki, insanın cəhənnəmlik olmasına səbəb ola biləcək amillərdən biri də yoxsullara əl tutmamasıdır. Malı olduğu halda sədəqə və infaq etməməsidir.

Belə insan Allahın qəzəbinə gələr və Allah cəhənnəmi onun üçün hələ dünyada olan zaman hazır edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930