Günahın kökündə nə durur?
Mьəllif: Admin
Tarix: 23-06-2021, 10:58
Günahın kökündə nə durur?
Günah elə bir əməldir ki, Allah qanunları ilə təzad təşkil edir və insanın nəfsini qaraldır. İnsanı Allahdan uzaqlaşdırır. İslam dini buyurur ki, hətta günah fikirlərindən belə, uzaq olmaq lazımdır. Bu yolla günahla mübarizə etmək olar.

Qurani-Kərimin nəzərinə görə, keçmiş ümmətlərin məhv olmasının əsil səbəbi günah olmuşdur.

Bəs günahın kökündə nə durur?

Bəzi günahlar vardır ki, başqa günahların meydana gəlməsi üçün zəminə rolunu oynayarlar. Bu günahlar ilə tanış olaq:

1. Təkəbbür. Təkəbbür o günahlardandır ki, İblisin (lən) Allaha qarşı çıxmasına və behiştdən qovulmasına səbəb olur.

2. Hərislik. Bəşərin əcdadları İblisin (lən) sözünə qulaq asaraq, hərislik üzündən Allahın qadağan etdiyi ağacdan meyvə yeyirlər və nəticədə behiştdən xaric olurlar.

3. Həsəd. Bu rəzil sifət səbəb olur ki, Qabil qardaşı Habili öldürsün.

Dinimizin nəzərinə görə, günahlar iki yerə bölünür: böyük və kiçik günahlara. Kəbirə günahlar – o günahlardır ki, ona görə cəhənnəm əzabı vəd edilmişdir.

Hər kim kəbirə günah edər və tövbə etməzsə, fasiq hesab olunar. Öləndən sonra İlahi əzaba düçar olar.

Kiçik və ya səğirə günahlar – o günahlardır ki, o əməlin haram olması qətidir, amma gündəlik namazlar, gecə namazı onun təsirini aradan aparar.

Hər bir insan kiçik günah edər. Allah mömin bəndələri barəsində buyurur ki, onlar kəbirı günahdan çəkinərlər. Ancaq buyurmur ki, kiçik günahlardan da çəkinərlər.

İmam Sadiq (ə) buyurur: “Çəkinin və qorxun o günahlardan ki, kiçik hesab olunur”.

Soruşurlar ki, bu, hansı günahdır?

Buyurur: “İnsan günah edər və sonra deyər ki, xoş olsun mənim halıma, əgər bu günahdan başqasına malik olmasam. Çünki bu günah kiçik və dəyərsizdir”.

Əgər insan kiçik günahı dəyərsiz hesab edərsə, o zaman böyük günah üçün cürət əldə edər və bu əməli kəbirə günaha düçar olmaqdan da pisdir. Belə insan hər cür günah etməyə qadirdir və onun Allahdan qorxusu olmaz.

Beləliklə, deyə bilərik ki, günah – o əməldir ki, Allahın qanunları ilə təzad təşkil edir. Hər kim belə əmələ düçar olarsa, gərək tövbə və istiğfar vasitəsilə özünü paklasın.

Çünki günah insanın libasına yapışan ləkə kimidir. Əgər təmizlənməzsə, oradan xaric olmaz. Onu təmizləmək üçün isə tövbə etmək lazımdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930