Səğirə günahlar hansılardır?
Mьəllif: Admin
Tarix: 23-06-2021, 10:53
Səğirə günahlar hansılardır?
Bir çoxlarımız kəbirə günahların nə olduğundan az və ya çox xəbərimiz vardır.

Ancaq hansı günahların səğirə olması haqqında məlumatımız azdır. Bu günahların bəzisi ilə tanış olaq və onlardan çəkinməyə çalışaq.

- İnsana və ya heyvana lənət oxumaq.

- Cümə xütbəsi zamanı danışmaq.

- Fasiq insanlarla oturub-durmaq.

- Müsəlmanın qeybətini eşitmək və onun qarşısında susmaq.

- Naməhrəmə baxmaq.

- Naməhrəm qadınla tək əyləşmək.

- Gülməkdə və zarafat etməkdə ifrat etmək.

- Məscidə nəcasət daxil etmək.

- Qadağan olmuş günlərdə oruc tutmaq.

- Söyüş söymək.

- Batili və zalımı müdafiə etmək.

- Satdığın malın eyibini örtmək.

- Kiməsə söz verən zaman vəfasızlıq edəcəyini iradə etmək.

- Zəkatı və həcci təxirə salmaq.

- Baha satmaq üçün, insanların ehtiyacı olan əşyaların ölkəyə daxil edilməsinin qarşısını almaq.

- Din qardaşı ilə üç gündən çox danışmamaq.

- Tədqiq etmədən dava etmək.

- Zəkatı xarab maldan vermək.

- Başqalarına həsəd aparmaq.

- Müsəlmana qarşı bədgüman olmaq.

- Başqasının sirrini ifşa etmək.

- Nəcasət və pisliyi insanların yoluna tökmək.

- İnsanların razı olmadığı şəxsi imam təyin etmək.

- Məkruh zamanda namaz qılmaq.

- Təkəbbürlə yol getmək.

Uca Allah bizləri günahlardan qorunanlardan və həqiqi iman əhlindən qərar versin!


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930