Qiyamətdə Peyğəmbəri (s) görməkdən məhrum olanlar
Mьəllif: Admin
Tarix: 17-06-2021, 23:23
Qiyamətdə Peyğəmbəri (s) görməkdən məhrum olanlar
Əbdüs-Salam ibn Saleh Hərəvi deyir ki, İmam Rzadan (ə) soruşdum:

يَابنَ رَسولِ اللّهِ، فَما مَعنَى الخَبَرِ الَّذي رَوَوهُ: إنَّ ثَوابَ لا إلهَ إلاَّ اللّهُ النَّظَرُ إلى وَجهِ اللّهِ تَعالى؟ فَقالَ (ع): يا أبَا الصَّلتِ، مَن وَصَفَ اللّهَ تَعالى بِوَجهٍ كَالوُجوهِ فَقَد كَفَرَ، ولكِن وَجهُ اللّهِ تَعالى أنبِياؤُهُ ورُسُلُهُ وحُجَجُهُ صَلَواتُ اللّهِ عَلَيهِم، هُمُ الَّذينَ بِهِم يُتَوَجَّهُ إلَى اللّهِ عَزَّوجَلَّ وإلى دينِهِ ومَعرِفَتِهِ، وقالَ اللّهُ تَعالى: «كُلُّ مَن عَلَيها فانٍ. ويَبقى وَجهُ رَبِّكَ ذُو الجَلالِ وَالإِكرامِ»، وقالَ عَزَّوجَلَّ: «كُلُّ شَيءٍ هالِكٌ إلاّ وَجهَهُ» فَالنَّظَرُ إلى أنبِياءِ اللّهِ تَعالى ورُسُلِهِ وحُجَجِهِ (ع) في دَرَجاتِهِم ثَوابٌ عَظيمٌ لِلمُؤمِنينَ يَومَ القِيامَةِ، وقَد قالَ النَّبِيُّ (ص): مَن أبغَضَ أهلَ بَيتي وعِترَتي لَم يَرَني ولَم أرَهُ يَومَ القِيامَةِ.

“Ey Peyğəmbər övladı, nəqllərdəki “Lə iləhə illəllah” (Allahdan başqa heç bir məbud yoxdur) zikrinin savabı Allah-Taalanın çöhrəsinə tamaşadır!” – hədisinin mənası nədir?

İmam (ə) buyurdu: Ey Əbu Səlt! Hər hansı yolla Allah-Taalaya bir çöhrə təsəvvür etmək, sözsüz, küfrdür. Həqiqətdə, Allah-Taalanın çöhrəsi Onun peyğəmbərləri, elçiləri və höccətləridir (Allahın onlara salam və salavatı olsun)! Onların vasitəsilə (insanlar) Allah-Taalaya, Onun dini və maarifinə tapınırlar.

Allah-Taala buyurur: “Onun (yer) üzərində hər bir kəs fənaya məhkumdur. Yalnız kərəm və camal sahibi olan Rəbbinin zatı qalacaqdır.”[1]

“Onun zatından başqa hər bir şey məhv və puç olacaqdır.”[2] Belə isə Allah-Taalanın peyğəmbərləri, elçiləri və höccətlərinə (ə) baxmaqla möminlər onların dərəcələrilə yanaşı Qiyamətdə böyük savaba nail olacaqlar.

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əhli-beytim və xanədanıma kin-küdurət bəsləyən Qiyamət günü nə məni görər, nə də mən onu görərəm.” (“Üyunu əxbarir-Riza (ə)”, c.1, səh.115, hədis 3.)



[1]. “Ər-rəhman” surəsi, ayə: 26-27.

[2]. “Qəsəs” surəsi, ayə: 88.



Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930