Çexyanın baş naziri: “İsveç və Niderlandda müsəlmanlar çoxluq olacaq”
Mьəllif: Admin
Tarix: 16-06-2021, 13:32
Çexyanın baş naziri: “İsveç və Niderlandda müsəlmanlar çoxluq olacaq”
Çexyanın baş naziri Andrey Babiç Niderland və İsveç önümüzdəki illərdə əhalisinin əksəriyyəti müsəlman olan ölkələr olacağını bildirib.

Deyerler.org xəbər verir ki, Çexiyanın gündəlik qəzeti “Pravo”da yayımlanan bir məqalədə iki ölkədəki miqrasiya mövzusu xüsusilə vurğulanıb.

Məqalədə fikirlərinə yer verilən şəxslərdən biri olan Çexiyanın baş naziri Andrey Babiş bildirib ki, 2044-cü ilə qədər Niderland əhalisinin əksəriyyəti müsəlman olacaq.

Babiçin sözlərinə görə, İsveç də 2065-ci ilə qədər eyni yolu gedəcək və müsəlmanların çoxluqda olacağı ölkə olacaq.

Baş nazir Babiç hazırda Niderland müsəlmanları əhalinin 5%-ni, İsveçdə isə 8%-ni təşkil etdiyini bildirib.

Praqadakı Çarlz Universitetindən bir sosioloq və tədqiqatçı Daniel Prokop, baş nazirin iddiaları ilə bağlı İsveçin “Svenska Dagbladet qəzetinə açıqlamasında bunları deyib:

“Tamamilə səhvdir. İnsanları qorxutmaq istəyir. Bir il əvvəl də Belçikanın 2040-cı ilə qədər müsəlmanların çoxluqda olan ölkə olacağını söyləmişdi”.

Baş nazir, gələcəkdəki miqrant axınlarını Çex Respublikası üçün təhlükə kimi təqdim edərək, daxili siyasətdə gündəmi dəyişdirməyə çalışır.

Miqrasiya ilə əlaqəli problemləri azaltmaq istəmirəm, ancaq bu gülüncdür, təxminləri çox şişirdilmişdir”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930