Allahın imtahanı ancaq xüsusi insanlar üçündürmü?
Mьəllif: Admin
Tarix: 15-06-2021, 23:31
Allahın imtahanı ancaq xüsusi insanlar üçündürmü?
İmtahan İlahi sünnət olub, bütün ümmətlərə şamil olmuşdur. Hətta böyük İlahi peyğəmbərlərə (ə) belə, şamil olmuşdur. Onlar həyatlarında ən çətin imtahanla üzləşmiş və ondan başıuca çıxmışdılar.

İlahi imtahan – insan üçün Qiyamətə qədər baş verəcək qəti hadisələrdən biridir.

İlahi imtahan bəndəni inkişaf etdirər. Necə ki, qızıl güclü atəşə düşən zaman daha saf və daha gözəl olduğu kimi, insan da imtahan və çətinliklər vasitəsilə saflaşar və tərəqqi edər. İlahi imtahan insanı daha müqavimətli və daha agah edər.

İlahi imtahan insanın gizli istedadlarını üzə çıxartmaqla yanaşı, həm də sədaqətinin ölçülmə vasitəsidir. Allah Təala Qurani-Kərimdə buyurur: “Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməllərim ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!

Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik.

Beləliklə, Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 2-3).

“Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik”. (“İnsan” 2).

Bu ayələrdən göründüyü kimi, İlahi imtahan bütün bəşərə aiddir, nəinki xüsusi insanlara. Allah bütün bəndələrini İlahi imtahana çəkər.

İmam Sadiq (ə) buyurur: “İnsanlar gərək imtahan olunsunlar və bir-birindən fərqlənsinlər”.

İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, imtahan olunacaqsınız. Allaha and olsun ki, ələnəcəksiniz, necə ki, acı dənələr buğdadan ələnərək ayrılar”.

Allahın imtahanı o qədər genişdir ki, hətta İlahi peyğəmbərlər (ə) belə onunla üzləşmişdilər. Bu haqda Quranda buyurulur: “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi.

Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim». (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz»”. (“Bəqərə” 124).

«Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)?

Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir». (“Nəml” 40).

İnsanın başına gələn müsibətlər onu əhatə etdiyi kimi, ailə üzvlərinə, dostlarına da sirayət edər. Bu yolla onlar da imtahan olmuş olar və nə qədər vəfalı olduqları üzə çıxar. İnsan dildə özünü mömin adlandıra bilər, ancaq hər bir şey İlahi imtahan vasitəsilə üzə çıxar.

Allahın dostları ancaq o kəslər deyildir ki, onlara nemət verilən zaman Allahı yada salsınlar. Əslində, həqiqi dostlar o kəslərdir ki, bəla və imtahan zamanı Allahı yada salar və Ona şükür edərlər.

İmtahanın nəticələri:

1. İradənin güclənməsi.

2. Axirət dərəcəsinin artması.

3. Dünyaya ikrahın çoxalması.

4. Axirət üçün daha çox azuqə toplamaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031