Həzrət Yunusun (ə) yanlışlığı nədə idi?
Mьəllif: Admin
Tarix: 15-06-2021, 23:23
Həzrət Yunusun (ə) yanlışlığı nədə idi?
Həzrət Yunus (ə) Allahın peyğəmbərlərindən olmuşdur və Quranda onun adına dörd dəfə rast gəlmək olur. O, Həzrət Süleymandan (ə) sonra zühur edən peyğəmbərlərdən biri olmuşdur.

Bəzilərinin nəzərinə görə o, Həzrət İbrahimin (ə) nəvəsi olmuşdur.

O, uzun illər boyu ümmətini islah etməyə və Allaha tərəf dəvət etməyə çalışmışdır. Ancaq hər nə qədər səy göstərdisə, böyük nəticə əldə etmədi. Ona ancaq iki nəfər iman gətirirlər. Birinin adı Məlixa idi və o birisinin adı Rubil. Biri abid idi və o birisi alim.

O zaman ki, Həzrət Yunus (ə) öz ümmətini dəvət etməkdən yorulur, onların arasından gedir və onları tərk edir. Belə düşünür ki, Allah onun bu əməlini qəbahətli hesab etməyəcəkdir.

O, bu əməli ilə tərki-övla (iki işdən daha yaxşısını seçməmək) edir. Bu, təbii ki, günah deyildi, amma, daha yaxşısını tərk etmək idi.

O, ümmətini tərk edəndən sonra dənizin kənarına gəlir və orada gözləməyə başlayır. Bu zaman bir müsafir gəmisi gəlib çıxır.

Gəmi insanla dolu idi və burada yer yox idi. Yunus (ə) gəmiyə minmək üçün xahiş edir və nəhayət ona yer verirlər. O, gəmiyə minir və gəmi hərəkət edir.

Anidən böyük bir balıq üzə çıxır və Allah həmin balığa vəhy edir ki, Yunusun (ə) heç bir sümüyünü sındırma. Balıq ağzını açır və yemək istəyir.

Bu zaman gəmidə olanlar qərara alırlar ki, püşk atsınlar və hər kimə düşərsə, balıq onu yesin. Püşk Həzrət Yunusa (ə) düşür və Yunusu (ə) dənizə atırlar.

Balıq Yunusu (ə) udur və onun balığın qarnında sağ qalması – İlahi möcüzə idi. O, Yunusu dənizin dibinə aparır.

İmam Sadiq (ə) nəql edir ki, Yunus (ə) öz ümmətindən dörd həftə qaib olur – yeddi gün dənizə tərəf gedir, yeddi gün balığın qarnında qalır, yeddi gün dənizin kənarında kədunun kölgəsində qalır və yeddi gündən sonra ümmətinə tərəf geri qayıdır.

Həzrət Yunus (ə) tövbə etdikdən sonra Allah onu balığın qarnından azad edir və o, balığın qarnında belə, Allahı zikr etməkdən qalmır və Allaha yalvararaq, Ondan bağışlanma istəyir. Nəhayət Allah onu bağışlayır və dənizin kənarına çıxarır.

Həzrət Yunusun (ə) əhvalatı bir çoxlarımız üçün ibrət dərsidir. Bəzən insan kiçik günah edir və belə düşünür ki, Allah ona görə cəza verməz. Lakin səhvə yol verir və Allah onu cəzalandırır.

Necə ki, peyğəmbəri olan Yunusu (ə) cəzalandırmışdı. Ona görə də insan gərək heç bir günahına görə rahat olmasın və deməsin ki, bu günah dəyərsizdir, ona görə tövbə etmək lazım deyildir. Xeyr, belə deyildir. Bunu Həzrət Yunusun (ə) əhvalatında aydın görmək olur.

“Yunissiyə” zikri: لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَالظَّالِمِينَ

("Lə iləhə illə ənt subhənəkə inni kuntu minəz-zalimin").



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031