İmam Səccadın (ə) uşaqları camaat namazına təşviq etməsi
Mьəllif: Admin
Tarix: 13-06-2021, 10:59
İmam Səccadın (ə) uşaqları camaat namazına təşviq etməsi
İmam Sadiq (ə) babalarından nəqlən buyurur: "İmam Səccad (ə) uşaqları zöhr, əsr, məğrib, işa namazlarını camaatla qılmağa çağırardı". Ona deyildi: "Onsuz da uşaqlar özgə vaxt namazlarını qılırlar. Buyurdu: "Ondan daha yaxşısı vaxtında qılmaqdır".

NƏTİCƏ: İmam (ə) özü də yaxşı bilirdi ki, uşaqların namazı camaatla o anda qılması vacib deyil. Məqsədi bu deyildi ki şəri baxımdan bunun bir məsuliyyət olduğunu çatdırsın. Əslində məqsədi uşaqları bu yolla camaat namazına öyrəşdirmək və həvəsləndirmək idi.

İmam Hüseyn (ə) 7 yaşında ikən məscidə gedər, Peyğəmbərin (s) minbərinin yanında əyləşər və eşitdiklərini, o cümlədən yeni nazil olan ayə və hökmləri anası Fatiməyə (s.ə) çatdırardı.

Həzrət Əli (ə) hər dəfəsində Həzrət Fatimənin (s.ə) yeni hökmlərdən xəbərdar olduğunu görüb soruşardı: "Evdə olduğun halda Peyğəmbər (s) məscidindən necə xəbərin olur?"

Buyurdu: "Bu agahlıq oğlun Hüseynin (ə) vasitəsilə olur".

Bir gün yenə Həzrət Əli (ə) evdə olduğu halda İmam Hüseyn (ə) məsciddən gələrək anası Fatiməyə (s.ə) baş verənləri danışmağa başladı. O atasının evdə olduğundan xəbərsiz idi. Danışarkən birdən dili topuq vurdu. Həzrət Zəhra (s.ə) təəccüb etdi.

Hüseyn (ə) məsələdən hali olduqdan sonra buyurdu: "Anacan təəccüb etmə. Çünki sözlərimi böyük bir şəxsiyyət eşidir, onun məni dinləməsi sözləri çatdırmaqdan məni saxladı. Bu zaman Həzrət Əli (ə) saxlandığı yerdən çıxaraq oğlu Hüseyni (ə) öpdü.

İmam Sadiq (ə) buyurur: "Uşaq 7 yaşacan oyun oynayar. Daha sonra Allahın kitabını öyrənər. Sonra isə halal-haramı öyrənər".

Quran təfsirçisi ustad Qiraəti yazır: Allah Əraf surəsinin 31-ci ayəsində buyurur ki “məscidə gedərkən zinətlərinizi götürün”.

Gəlin Qurandan soruşaq ki bizim zinətimiz nədir? Quran deyir: “Mal və oğul-uşaq sizin dünyadakı zinətlərinizdir”. (Kəhf 46)

Nəticə budur: Elə ki məscidə gedirsən, öz uşağının əlindən yapış özünlə məscidə apar. Pulun varsa, cibinə qoy ki bir ehtiyacı olana verəsən.

İlahiyyatçı, yazar mahir Şəkərov

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031