Mənəvi inkişafın əsas səbəbi nədir?
Mьəllif: Admin
Tarix: 11-06-2021, 10:28
Mənəvi inkişafın əsas səbəbi nədir?
Yəqin ki, bu hadisə sizin də başınıza gəlmişdir ki, sevdiyiniz insan üçün sevdiyiniz hansısa işdən əl çəkmiş və onu tərk etmisiniz. Və qarşı tərəf buna görə sizə təşəkkür etmiş və bu əməlinizi qiymətləndirmişdir.

Bu da sizə yaxşı hisslər aşılamışdır. Lakin bəzən bu güzəştimizi qarşı tərəf görmür və ya görməməzliyə vurur. Məhz bu zaman insan etdiyi əməldən peşman olur və qarşı tərəfin ona dəyər vermədiyini düşünür.

Bəli, bu dünyada yaşayan insanlar belədir. Onları razı salmaq çox çətindir. Dinimiz buyurur ki, insanlar razı salmaq çətin işdir. Ona görə də insanları deyil, Allahı razı salmağa çalışın. O zaman həm Allah sizdən razı olacaq və həm də insanların qəlbinə sizin sevginizi salacaqdır. Bu zaman insanlar da sizi sevəcəklər.

Şeyx Rəcəbəli Xəyyat mənəvi inkişafının səbəbini bu cür açıqlayır. Deyir ki, bir gün bir naməhrəm məni otaqda bağladı və harama dəvət etdi. Ancaq mən öz-özümə dedim: “Ey Rəcəbəli! Gəl Allahı imtahana çək və bu haramdan çəkin. Allah üçün çəkin”.

O, üzünü Allaha tutur və deyir ki, “Allahım, bu haramdan Sənin üçün çəkinirəm, Sən də əvəzində məni tərbiyə et!”.

Həzrət Peyğəmbər (s) günaha səbir etməyin savabı barəsində buyurmuşdur: “Hər kim günaha səbir edərsə, Allah ona 900 dərəcə yazar və hər birinin o birisindən fasiləsi yerlə ərşin fasiləsi qədər olar”.

Bəli, ancaq Allah üçün iş görmək lazımdır. O zaman Allah Özü bizi insanların sevimlisi edəcəkdir. Allah günaha səbir edənlər barəsində buyurur: “(Və deyərlər:) «Səbir və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O dünyanın sonu (olaraq bura) nə gözəldir!»”. (“Rəd” 24).

“Səbirləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr(i i)lə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır!”. (“Furqan” 75).

Ona görə də Allah üçün bir iş görməyə çalışaq. O zaman Allah bizə nəzər salacaq və səbrimiz və saleh əməlimiz qarşısında bizi mükafatlandıracaqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930