Qiyamət günü bütün millətlər bir gündə diriləcəklər?
Mьəllif: Admin
Tarix: 9-06-2021, 23:13
Qiyamət günü bütün millətlər bir gündə diriləcəklər?
Qiyamət günü bütün millətlərin eyni gündə həşr olunacağı barəsində Müqəddəs Quran bizlərə xəbər vermişdir.

Belə ki, oxuyuruq: “Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.

Şübhəsiz, Allah onların hamısını son ədədinə kimi xüsusi bir tərzdə (ömürlərini, miqdarlarını, təkamüllərini, ehtiyaclarını və həyat dövrlərini müəyyən etməklə) saymışdır.

Qiyamət günü onların hamısı Onun yanına tək (dünyaya gələndə olduğu kimi, bir şəxsin və ya malın ixtiyarı əllərində olmadan) gələcəklər”. (“Məryəm (s.ə)” surəsi, ayə 93-95).

“(Yada sal) o gün(ü) ki, təqvalıları (Məhşər səhnəsindən nur dəvələrə minmiş) süvarilər şəklində Rəhman olan Allaha tərəf toplayarıq.

Və günahkarları (heyvanlar kimi) susuz (vəziyyətdə), Cəhənnəmə tərəf sürərik”. (“Məryəm” surəsi, ayə 85-86).

“Taha” surəsində Qiyamətdə baş verəcəklər barədə buyurulur: “(İsrafilin) surun(un üçüncü dəfə) çalınacağı gün! Biz həmin gün günahkarları (Məhşər səhnəsinə) çirkin və kor şəkildə toplayacağıq.

Onlar öz aralarında gizlincə danışarlar ki: (Dünyada və ya Bərzəx aləmində sanki) on gündən artıq qalmamısınız».

Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini və ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik.

O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız». (Çünki, azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir”.

Və səndən dağlar(ın taleyi) barəsində soruşurlar. De: «Rəbbim onları (toz-torpaq kimi) küləyə verəcəkdir».

Beləliklə, bunu (yeri) hamar, dümdüz və bomboş hala salacaqdır. Belə ki, onda (yerdə) heç bir hündür-alçaqlıq görməzsən.

Həmin gün hamı haqqa çağırana tabe olar, nə dəvət edəndən bir səhv və əyrilik, nə də dəvət ediləndən bir sapma və itaətsizlik baş verər.

Rəhman olan Allahın qarşısında bütün səslər batar və yavaş nəfəs səsləri və aram ayaq sədasından başqa bir şey eşitməzsən.

Həmin gün (cəzanın tam aradan götürülməsi və ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.

Allah onların (dünyadakı) keçmişlərini (ömür və əməllərini) və gələcəklərini (mükafat və cəzalarını) bilir və onlar öz hallarından və Allahın elmindən xəbərsizdirlər.

(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır.

Mömin olaraq yaxşı işlər görən kəs, əsla nə zülmdən və haqqın kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçildilməsindən!”. (“Taha” 102-112).

Bu ayələrdən çıxartdığımız nəticələr:

1. Ölülər mütləq yenidən diriləcəkdir.

2. Günahkarlar bir yerə toplaşacaqlar.

3. Dağlar töküləcək və hər yer dağılacaqdır.

4. Həmin günü ancaq Allahın şəfaəti təsirlidir.

5. Allah hamını hesab üçün hazır edəcəkdir.

6. Hamı Onun qarşısında təslim olacaqdır.

7. Zalımlar məyus olacaqlar.

8. Möminlər ümidvar olacaqlar.

Beləliklə deyə bilərik ki, Qiyamət elə bir gündür ki, Allahın xəlq etdiyi bütün varlıqlar həmin günü hesab üçün hazır olacaq və məhşər səhnəsində öz növbəsini gözləyəcəkdir.

Allah bizləri məyus olanlardan deyil, ümidvar olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930