Bədən üçün dərman içmək – paltar üçün sabun kimidir. Necə?
Mьəllif: Admin
Tarix: 3-06-2021, 23:43
Bədən üçün dərman içmək – paltar üçün sabun kimidir. Necə?
Həzrət Peyğəmbər (s) buyurur: “Xəstəlik, günahları məhv edər”.

İmam Səccad (ə) buyurur: “Bir gecə qızdırmaq – bir illik günahların kəffarəsidir”.

İmam Sadiq (ə) buyurur: “Bir gecə baş ağrısı tutmaq, bütün xataları pak edər, kəbirə günahlarından başqa”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hərarət günahları tökər, necə ki, ağac öz yarpaqlarını tökər”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “O zaman görsəniz ki, Allah bəndəsinə yoxsulluq və xəstəlik nazil etmişdir – (deməli) onunla hesablaşar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yeddi gün kəskin xəstə olar, Allah onun 70 illik günahlarını bağışlayar”.

İmam Rza (ə) buyurur: “Xəstəlik – paklıq mənbəyi və mömin üçün rəhmətdir. Davamlı olaraq xəstəlik möminlə birlikdə olar, o zamana qədər ki, günahları qalmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haramla (haram vasitə ilə) müalicəyə qalxarsa, Allah onda şəfa qərar verməz”.

İmam Rza (ə) buyurur: “İki dəstə həmişə xəstədirlər: sağlam ki, pəhriz edər, xəstə ki, pəhriz etməz”.

İmam Əli (ə) buyurur: “Bədən üçün dərman içmək – paltar üçün sabun kimidir ki, onu təmiz edər, amma soldurar da”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930