Allahın verdiyi nemətlə, Allahla müxalifət etmək necə olur?
Mьəllif: Admin
Tarix: 31-05-2021, 10:29
Allahın verdiyi nemətlə, Allahla müxalifət etmək necə olur?
Şakir insan – o kəsdir ki, Allahın neməti ilə günah işlətməz. İlahi nemətə söykənərək, Allahla müxalif olmağa qalxmaz.

Doğrudan da, necə də böyük cinayətdir ki, insan Allahın ona verdiyi bədən üzvləri ilə, torpaq, hava, yeyəcək, geyəcək – ixtiyarına qoyulan bütün digər maddi nemətlərlə günah edər və Allahla müxaliflik edər!

Günahkarın günah etmək üçün ixtiyarında ancaq İlahi nemətlər olar. O kəs ki, naməhrəmə baxmaq istəyər, gərək göz nemətindən istifadə etsin ki, bu günahı törətsin. Bununla da özünü cəhənnəmlik edir.

O kəs ki, ğinaya qulaq asmaq istəyər, gərək qulaq nemətindən istifadə etsin.

O kəs ki, yalan danışmaq istəyər, töhmət vurmaq istəyər, qeybət etmək istəyər, iftira vurmaq istəyər... – gərək dil nemətindən istifadə etsin.

Ona görə də ehtiyatlı olaq ki, nemətlər bizim bədbəxtlik amilimizə çevrilməsin.

Allah bu nemətlərin hamısını ona görə bizə vermişdir ki, biz xoşbəxt olaq. Nemətlərin qədrini bilək. Nemətdən istifadə etmək yollarını Məsumlardan (ə) öyrənmək lazımdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930