Pulumuzun niyə bəzən bərəkəti olmur?
Mьəllif: Admin
Tarix: 25-05-2021, 10:20
Pulumuzun niyə bəzən bərəkəti olmur?
Ruzini verən Allahdır. Bütün varlıqların bu dünyada bəhrələndikləri hər bir neməti Allah onlara əta etmişdir. Ondan istifadə yollarını da müəyyən edib, bəyan etmişdir.

İnsan hər nə qədər yesə, içsə və istifadə etsə Allah yenə nazil edər. Ona görə də Allah mütləq Rəzzaqdır. Allah hər bir insana ruzi verər – istər mömin olsun, istər kafir və ya münafiq.

Lakin Allah Təala Quran ayələrində buyurur ki, Mənim ruzimi halal yolla əldə edin. Dinin göstərişlərinə əsasən də istifadə edin. Əgər ruzi haram yolla əldə olunarsa, haram mal hesab olunar. Onu istifadə edən şəxs isə günahkar olar.

Hər birimiz Allahın ruzisini yeyirik. Bəzilərimiz bu ruzini Allahın təyin etdiyi yollarla əldə edirik. Lakin bəzilərimiz onun qanunlarının əksinə əməl edərək, əldə edirik.

Bəs necə olur ki, ruzinin bərəkəti olmur?

Allah Təal Quranda buyurur: “Şübhəsiz, Allahın kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar”. (“Fatir” 29).

“Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükür edin”. (“Nəhl” 114).

O insanlar ki, Allahın ruzisi onlara yetişən zaman ona şükür etməz və Allahı yada salmazlar, ruzilərinin bərəkəti necə ola bilər ki? Allah bütün məxluqlarına ruzi verər.

Ancaq haramxorların ruzilərinin bərəkətini aradan aparar. O kəslər ki, Allaha şükür etməz və nemətini yada salmaz, Allah həmin insanın ruzisinin bərəkətini aradan aparar.

Bəs necə edək ki, ruzimizin bərəkəti çox olsun?

Yeməyə başlayan zaman “Bismillah”la başlayıb, “Əlhəmdulillah”la bitirmək – həmin nemətin artmasına səbəb olar və bərəkətini artırar. Amma o zamana qədər ki, İlahi nemətlərə görə şükür edilməz, həmin nemət artmaz.

İmam Əli (ə) buyurur: “Nemətə şükür etmək neməti artırar, naşükürlük etmək isə əlindən çıxardar”.

O zaman ki, əməllərimizin sayəsində özümüzlə Allah arasında divar hörərik və ürək səmamızı qara buludlarla doldurarıq - Allahla rabitənin şirinliyinin necə hiss edə bilərik ki? Yaxşı olar ki, həyatımızın çətinliklərini hissələrə bölək.

Hər birini ayrıca təhlil edək, sonra onu həll etməyə çalışaq. Baxaq görək ki, maddi ruzinin vasitəsilə necə mənəvi ruziyə çata bilərik. Ruzimizin bərəkətini Allaha şükür edərək artıraq və haram tikədən çəkinək.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031