Yuxunu yozmaq olarmı?
Mьəllif: Admin
Tarix: 21-05-2021, 19:16
Yuxunu yozmaq olarmı?
Həzrət Peyğəmbər (s) buyurur: “Yuxu o cür ki, yozular – o cür həyata keçər. Onun həyata keçməsi o kəs kimidir ki, ayağını qaldırmışdır və gözləyir ki, onu nə zaman yerə qoyacaqdır.

Ona görə də sizlərdən hər kim yuxu görsə, onu alimdən və nəsihətçidən başqa heç kəsin yanında danışmasın”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Yuxu əgər yozulmazsa, quş kimi uçar və həyata keçməz. Əgər yozularsa, həyata keçər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən hər kim yaxşı yuxu görsə, onu yozub, başqalarının yanında danışsın. Əgər xoşagəlməz yuxu görərsə, yozmasın və başqalarının yanında danışmasın”.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Əgər sizlərdən hər kim xoşagəlməz yuxu görsə, yuxudan sonra qalxsın və namaz qılsın. Onu heç kəsə danışmasın”.

Beləliklə, bəlli olur ki, pis yuxunu yozmaq lazım deyil və heç kəsə danışmaq gərək deyil. Əgər belə olarsa, pis yuxunun heç bir təsiri olmaz.

Amma, əgər pis yuxu yozularsa, həyata keçə bilər. Belə yuxu insanın ovqatını təlx edir, neqativ ruhiyyəyə yükləyir. Onu unutmaq lazımdır ki, heç bir təsiri qalmasın.

Amma yaxşı yuxu – ümid, pozitiv ruhiyyə verir. Onun yozumu da, danışılması da insanın müsbət ovqatını artırır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031