Amanda olmayanlar kimdir? – Müqəddəs Quranın nəzəri
Mьəllif: Admin
Tarix: 6-05-2021, 02:57
Amanda olmayanlar kimdir? – Müqəddəs Quranın nəzəri
“İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər”. (“Bəqərə” 8).

Allah bu ayədə bəzi insanlara işarə edərək buyurur ki, Allaha iman bəslədiklərini etiraf etməklərinə baxmayaraq, bu insanlar mömin deyildirlər.

Uca Allah bu surənin ilk ayələrində möminləri tanıtmaq üçün dörd ayə və kafirləri tanıtmaq üçün iki ayə təqdim etmişdir. Bu ayədən tutmuş, 20-ci ayəyə qədər isə münafiqlərdən söz açılır.

Bu dəstə insanların nə birinci dəstə kimi imanları vardır, nə də ikinci dəstə kimi cürət və cəsarətləri. Münafiq səhra siçanına bənzəyir.

Öz yuvası üçün iki giriş qərar verər. Onlardan birini açıq qoyar və oradan gedib-gələr. O birisini isə bağlayar. Nə zaman təhlükə hiss edər, başı ilə bağlı qapını açar və qaçar.

Nifaq sözünün mənası genişdir. Hər kimin dili ilə əməli bir-birinə uyğun olmazsa, nifaqa malikdir.

Hədislərin birində oxuyuruq: “Əgər əmanətə xəyanət etsək və danışıqda yalan desək və verdiyimiz sözə əməl etməsək – münafiq olarıq, baxmayaraq ki, namaz və oruc əhli olsaq belə”.

Nifaq – əməli yalanın bir növüdür. Riyakarlıq da nifaq hesab olunur.

Yuxarıdakı ayədən belə nəticəyə gəlmək olur ki, iman – qəlbi bir əməldir. İnsanın dildə etiraf etməsindən asılı deyildir. İmanın əsasında Allaha və məada inam dayanır. Allah hər bir insanın daxilindən agahdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031