Dəstəmaz alan zaman iki nəfər onun ayaqlarını tutardı…
Mьəllif: Admin
Tarix: 29-04-2021, 10:17
Dəstəmaz alan zaman iki nəfər onun ayaqlarını tutardı…
Həzrət Peyğəmbər (s) buyurur: “Bir dəstə həmişə namaz qılar və namazlarında mütidirlər”.

Allah Təala buyurur: “O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 2).

Ayətullah Behcət buyurur: “Hər nə qədər namaz işlərin münəzzəm olarsa, həyat işlərin də nizama düşəcəkdir”.

İnsanın dünya və axirət səadəti namazdan asılıdır. Namaz insanı həqiqi nicata çatdırar və səadət əhlindən edər.

Namaz cəbhədə də insanın nicat mənbəyi olur. Müqəddəs müdafiədə iştirak edən hərbçilərdən biri nəql edir: “Bizimlə birlikdə vuruşan əsgərlərdən biri namaza çox əhəmiyyət verərdi.

Onun vaxtlarına diqqət edərdi. Onun təngnəfəsliyi vardı. Çox vaxtı nəfəsi tutulardı və hətta özündən gedərdi. Bəzən namazda o qədər öskürərdi ki, huşdan gedərdi.

Sonradan məlum oldu ki, ağciyər xərçənginə düçar olmuşdur. Dəstəmaz alan zaman iki nəfər onun ayaqlarını tutardı.

Bir gün məğrib namazından sonra ayağa qalxmaq istəyəndə hər nə qədər çalışdısa, bacarmadı. Əsgərlərdən biri bunu gördü və şəfqətlə dedi: “Əmir can, məgər bu halınla namaz qılmağa məcbursan?”.

O, narahat halda dedi: “Allaha and olsun ki, əgər ölsəm, cənazəm namaz qılacaqdır”.

Uca Allah bizləri də həqiqi namazqılanlardan qərar versin! Namazda müti olanlardan qərar versin! Bizi Həzrət İbrahimin (ə) duasında olanlardan şamil etsin.

«Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!». (“İbrahim” 40).



/Deyerler.org/


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031