Bu 4 neməti Uca Allah günahkara da verər
Mьəllif: Admin
Tarix: 28-04-2021, 14:31
Bu 4 neməti Uca Allah günahkara da verər
Həzrət Peyğəmbər (s) buyurur: “4 sifət vardır ki, davamlı olaraq Allah tərəfindən sizə tərəf axmaqdadır, baxmayaraq ki, özünüzə zülm etsəniz və günahkar olsanız belə:

1. Onun ruzisi sizə çatar.

2. Onun rəhməti sizdən qət olmaz.

3. Onun örtüyü və pərdəsi həmişə günahlarınızın üzərinə çəkilmişdir.

4. Əzab və cəzasını sizə tez göndərməz.

Lakin siz bunlara baxmayaraq Allahınıza cürət əldə edirsiniz və günah edirsiniz. Bu gün siz bir söz deyirsiniz və Allah sizə sakitdir.

O zaman ki, Allah söz danışmağa yaxın olar, siz sakit olun. Sizin əməllərinizdən sonra elə tüstü qalxar ki, üzlər ondan qaralar”.

Ondan sonra bu ayəni tilavət edir: “Allaha tərəf qaytarılacağınız, sonra hər bir şəxsə qazandığının əvəzinin (və ya etdiyi əməllərin eynilə təzahürünün) kamil surətdə veriləcəyi və onlara zülm olunmayacağı (və mükafatlarının azaldılmayacağı) gündən qorxun!”. (“Bəqərə” 281).

Allah Təala bizləri nemətlərin qədrini bilən bəndələrdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031