Əgər kişi ailədə xoşrəftar və gülərüz olarsa...
Mьəllif: Admin
Tarix: 28-04-2021, 14:28
Əgər kişi ailədə xoşrəftar və gülərüz olarsa...
Ailə - cəmiyyətin ən mühüm sütunlarından biridir. O zaman ki, doğru yolda hərəkət edər, onun bərəkətindən bütün cəmiyyət bəhrələnər.

Ailənin xoşbəxt olması isə Məsumların (ə) buyuruşlarına əməl edərək həyata keçə bilər. Bu gün məşğuliyyətlərin artdığı bir zamanda İblisin (lən) fitnələri baş götürüb getməkdədir. Ona görə də ailədəki hüzura diqqət də azalmışdır.

Bu gün İblis hər bir yolla çalışır ki, insanlar üçün problemlər yaratsın və onları pis əxlaqa tərəf çəksin. Ona görə də ailə bünövrəsini titrədən bu şeytanlar ilə mübarizəyə qalxmaq zamanıdır. Əhli-Beytin (ə) buyurduğu kimi, ailədə rəhmət, məhəbbət və səfa hökm sürməlidir.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Kişi ailədə və ailəsinə qarşı üç sifətə riayət etməyə ehtiyaclıdır, baxmayaraq ki, onun təbiətində olmasa belə:

1. Xoş rəftar.

2. Ölçüsündə olan əliaçıqlıq.

3. Qeyrət”.

Bu gün ailənin xoşbəxt olması üçün kişidə bu üç sifətin olması zəruridir. Əgər kişi ailədə xoşrəftar və gülərüz olarsa, ailə üzvləri də ondan nümunə götürər və ailədə səfa və məhəbbət hakim olar.

Əgər ailə başçısı əliaçıq olarsa, ailə üzvlərinin istəklərini yerinə yetirər və onları razı salar.

Əgər ailə başçısı yerində olan qeyrət göstərərsə, fəsadın qarşısını alar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930