Zülmün 3 növü
Mьəllif: Admin
Tarix: 24-04-2024, 12:56
Zülmün 3 növü
Əmirəl-möminin (ə) buyurur: “Zülm üç cürdür:

Birinci – o zülmdür ki, bağışlanılmazdır.

İkinci – o zülmdür ki, haqq alınmayanacan boş buraxılmaz.

Üçüncü – o zülmdür ki, bağışlanılar.


Bağışlanılmayan zülm – Allaha şirk bəsləməkdir.

O zülm ki, bağışlanılar – kiçik zülmdür ki, hər bir insan özünə qarşı edər.

Ancaq o zülm ki, hesab vermədən boş buraxılmaz – insanların bir-birinə qarşı etdikləri zülmdür ki, qisas burada çox çətin olacaqdır. Onun çətinliyi bıçaq yarası və şallaqla vurmaq həddində olmaz, bəlkə daha ağır olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qisasdan qorxarsa, insanlara zülm etməkdən çəkinsin”.

Qiyamət günü belə insanın qarşı tərəfə verməyə bir şeyi olmaz. Misal üçün, əgər dünyada insanların malını qəsb edibdirsə, ya kimisə öldürübdürsə və diyəsini verməyibdirsə, ya məzluma zərbə vurubdursa və diyəsini ödəməyibdirsə, kiminsə malına ziyan vurubdursa, ya kiminsə qeybətini edibdirsə, ya kiməsə töhmət vurubdursa – Qiyamət günü onun halı ağır olar.

Ona görə də hələ ki, fürsət var, insanlara zülm etməkdən çəkinək. Çünki, bu günün sabahı da vardır. Hər kim bir başqasına zülm edərsə, onun hesabını Qiyamət günü ağır verəcəkdir. Ya həsənələri əlindən gedəcəkdir, ya da qarşı tərəfin günahlarını boynuna almağa məcbur olacaqdır.

Hər iki halda da məğlub olan – o, olacaqdır. Bu səbəbdən insanlara zülm etməkdən çəkinək, çünki hesabı ağırdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031