Borclu Qiyamət günü borcunu necə qaytaracaq?
Mьəllif: Admin
Tarix: 24-04-2024, 12:31
Borclu Qiyamət günü borcunu necə qaytaracaq?
Qiyamət gününün ən çətin hesabı – insanların bir-biri üzərində olan haqlarına aiddir. Yəni, haqqun-nasa aiddir.

İnsanlar bir yerdə yaşadıqları üçün bir-biri üzərində haqqa malikdirlər. Bu haqlara riayət etmək – hər bir möminin vəzifəsidir.

Qiyamət gününün ən çətin hesabı məhz haqqun-nasa görə olacaqdır.

Bu səbəbdəndir ki, İmam Rza (ə) buyurur: “Hələ alnının təri qurumamış (fəhlənin) muzdunu verin. Məgər o halda ki, özü istəsə ki, pulu sizin yanınızda əmanət qalsın”.

Əgər kimsə fəhlənin muzdunu verməzsə, Qiyamət günü onu məhkəmədə saxlayarlar. Deyərlər ki, onun muzdunu ver. İş sahibi deyə bilməz ki, mən ki, verə bilmirəm, Sən ver. Allah buyurar: “Məgər o Mənim üçün işləmişdir ki, Mən onun muzdunu verəm?”.

Allah fəhlənin muzdunu verməyənlərə nifrət edər. Allah heç kəsin əməyini zay etməz.

“Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik”. (“Kəhf” 30).

Hər bir ərlə arvad, ata, ana və övlad, qohumlar və yaxınlar, qonşular və vətəndaşlar, cavanlar və qocalar, müəllimlər və tələbələr, zənginlər və yoxsullar, iş sahibləri və fəhlələr, eyni dində olanlar... – hamı bir-birinin üzərində haqqa malikdirlər. Bu haqqa əməl etmək – İlahi vəzifədir.

İmam Baqir (ə) buyurur: “Borclunu Qiyamət günü hazır edərlər, o halda ki, şiddətli dərəcədə nigarandır. Əgər həsənələri vardırsa, ondan alarlar və borc aldığı şəxsə verərlər. Əgər həsənələri olmasa, borc aldığı şəxsin günahlarından götürər və borcluya verərlər”.

Mümkündür ki, Allah Qiyamət günü öz haqqından keçsin. Ancaq Allah heç bir zaman haqqun-nasdan keçməz. Məgər o halda ki, özləri razılıq versinlər və haqlarını bağışlasınlar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031