İnsanın malik ola bildiyi 2 elm
Mьəllif: admin1
Tarix: 18-04-2021, 14:33
İnsanın malik ola bildiyi 2 elm
İmam Sadiq (ə) bu ayənin təfsirində “Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!”.

(“Əbəsə” 24), buyurmuşdur: “Bu yemək dedikdə, elm nəzərdə tutulur. Yəni, insan gərək baxsın görsün, elmini kimdən alır”.

Ona görə də deyə bilərik ki, bu ayədə adı çəkilən yemək – elmdir. İnsan üçün ən yaxşı müəllim Əhli-Beyt (ə) ola bilər. İmam Kazım (ə) buyurur ki, İmam Əlini (ə) ona görə Əmirəl-möminin adlandırırdılar, çünki insana yemək verərdi. Yəni, elm verərdi.

Quranın nəzərinə görə, nübuvvətin özü – bir ruzidir. “Dedi: “Ey mənim qövmüm, mənə bir deyin (görüm), əgər mən Rəbbim tərəfindən açıq-aydın bir dəlilə və (öz peyğəmbərliyim barəsində) möcüzələrə əsaslanmış olsam və O, Öz tərəfindən mənə gözəl ruzi (peyğəmbərlik və kamil bir din) vermiş olsa (onda mənim dəvətim yenə də puç və səfehlikdir)?””. (“Hud” 88).

Elmi iki hissəyə bölmək olar: bəzi elmlər məktəb, səy və zəhmət çəkərək əldə olunar, bəzi elmlər insana yuxarıdan verilər. Əgər insan dinə düzgün əməl edərsə, həm səma elmi ona ilham vasitəsilə nəsib olacaqdır, həm də səy göstərdiyi elm ki, ərcəl adlandırılır.

Beləliklə deyə bilərik ki, insan iki elmə malik ola bilər. Biri – səy göstərdiyi elmdir ki, dinimiz onu ərcəl adlandırır. Biri isə səmadan nazil olan elmdir ki, insana ilham vasitəsilə nəsib olur. Hər bir halda insana səmadan nazil olan elm – mənəvi elmdir ki, ona seyr və suluk yoluna qədəm basmasında yardım edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031