Həzrət Məhdinin (ə.f) zühur şəraiti barədə İmam Əlinin (ə) verdiyi xəbərlər
Mьəllif: admin1
Tarix: 11-04-2021, 20:57
Həzrət Məhdinin (ə.f) zühur şəraiti barədə İmam Əlinin (ə) verdiyi xəbərlər
Həzrət Əmirəl-möminin (ə) “Nəhcul-Bəlağə”nin 150-ci xütbəsində buyurmuşdur: “Sağa və sola getdilər. Zəlillik və yolunu azmaq yolunu başa vurdular.

Hidayət yolunu kənara qoydular. Ona görə də olacaqlar barəsində tələsməyin. Qarşıdan gələcəkləri gec hesab etməyin.

İnsan bəzən bir şeyi əldə etmək üçün tələsər, ancaq ona çatan zaman istəyər ki, ey kaş, onu görməyəydi. Necə də bu gün sabahın aydınlığı yaxındadır…

Ey insanlar! İndi biz verilmiş vədələrin həyata keçmək astanasındayıq. Sizə gizli olan şeylərin üzə çıxması yaxındır.

Bilin ki, bizdən olan o kəs ki, (Həzrət Məhdi (ə.f)) gələcək fitnələri dərk edəcəkdir, aydın çıraqla onda addımlayacaqdır.

Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əsasən əməl edəcəkdir ki, düyünləri açsın. Əsir olan millətləri azad etsin. Yolunu azmış və zalım dövlətləri dağıtsın və haqq axtaranları bir yerə toplasın.

Həzrət Məhdi (ə.f) uzun illər insanlardan gizli şəkildə yaşayacaqdır. O yerə qədər ki, mütəxəssislər onun addım səsini tanımayacaqlar.

Sonra bir dəstə fitnələri əzmək üçün hazır olacaqdır. Qılıncları parlayar və gözləri Quranla aydın olar. Qulaqlarında Quran təfsiri səslənər. Səhər və axşam cağı hikmət içəcəyini içərlər”.

İmam Əli (ə) bizləri qeyb zamanında olanlardan və İmam Məhdinin (ə.f) zühurundan xəbərdar edir. Bizə ümid verir ki, zalımlara və fitnələrə görə ümidsiz olmayaq.

İnşəAllah, İmamın (ə.f) zühuru yaxındır və o gün tezliklə gələcəkdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031