İmam Rzanın (ə) bərəkətinə bir oğrunun hidayəti
Mьəllif: admin1
Tarix: 9-04-2021, 23:03
İmam Rzanın (ə) bərəkətinə bir oğrunun hidayəti
Şeyx Hüseyn Ənsarian yazır: “Qumda bir gecə mərhum Hacı Seyyid Rza Bəhaəddinin namazında iştirak etmək tövfiqinə nail oldum.

Namazdan sonra alimin yanına gedib dedim ki, sizin dəyərli sözlərinizə ehtiyacım vardır.

Mənə buyurdu: “Həmişə Kərim Allaha ümid gözü ilə bax. Onun feyzi daimidir. Heç kəsi Öz inayətindən məhrum etməz. Hər vasitəsilə olursa-olsun, hidayət zəminələrini hazır edər”.

Sonra mənə belə bir əhvalat danışdı.

“Müsafir maşınları təzə işə düşmüşdülər. Onlar yük daşıyan maşınlar idilər. İnsanları maşına mindirir və yüklərini də bir tərəfdən qoyurdular. Mən də belə bir maşında Məşhədə ziyarət üçün getməli idim.

Cümə gecəsi İmamı (ə) yuxuda gördüm ki, xüsusi məhəbbətlə mənə buyurur: “Bu səfərdə cibləri soyan İbrahimi də özünlə gətir”.

Yuxudan ayılan zaman çox təəccüb etdim və belə günahkar insanın necə gətirilməsini istəməsi mənə heyrətli gəldi. Belə düşündüm ki, gördüyüm yuxu doğru deyildir.

Sonrakı gecə yenə həmin yuxunu gördüm.

Üçüncü günü İmamı (ə) narahat halda gördüm ki, mənə buyururdu: “Niyə bu istiqamətdə bir iş görmürsən?”.

Cümə günü günahkar və şər insanların toplaşdığı yerə getdim və İbrahimi onların arasında gördüm. Ona yaxın gedib salam verdim və onu Məşhədə getməyə dəvət etdim.

Dəvətimi eşidən zaman təəccübləndi və dedi: İmamın (ə) hərəmi mənim kimi şər insanların yeri deyildir. Ora pakların mərkəzidir. Məni üzrlü bil”.

Əsəbi halda mənə dedi: “Mənim bu yol üçün pulum yoxdur. Sərmayəm cəmi 30 rialdır ki, onu da qoca qadının cibindən oğurlamışam”.

Ona dedim: “Mən səndən səfər xərcini istəmirəm. Bu səfərdə mənim qonağımsan”.

O, razı oldu və qərara gəldik ki, bazar günü yola çıxaq.

Karvan hərəkət etdi və insanlar İbrahimin maşında olmasından çox narahat idilər. Ancaq səslərini çıxarda bilmirdilər.

Maşın Zeydər adlı bir yerə çatanda quldurlar tərəfindən hücuma məruz qalır. Onlar yolu bağlamışdılar. Maşın dayanan kimi içəri hücum etdilər.

Onlar dedilər: “Hər nə qədər pulunuz varsa, çıxardıb, kisəyə qoyun. Əks halda sizi öldürəcəyik”.

Sürücüdən tutmuş yolçulara qədər hamının pulunu götürüb getdilər. Maşın hərəkət etdi və Zeydərin şəhər dayanacağına çatıb, dayandı. Yolçular maşından düşdülər və bir-birinin yanında əyləşdilər.

Çox qəmgin və fikirli idilər. Hamıdan çox sürücü narahat idi və o, deyirdi: “Nəinki öz pulum yoxdur, hətta benzin almaq üçün də pulum yoxdur. Bizim Məşhədə getməyimiz çətin bir işdir”.

Sonra o qədər qəmlənir ki, ağlayır. İbrahim sürücüyə yaxınlaşır və deyir: “Oğrular nə qədər pulunu aparıblar?”. Sürücü məbləği deyir və İbrahim cibindən bu pulu çıxardıb verir.

Sonra da yolçuları bir-bir çağırıb nə qədər pulları olduğunu soruşur və hamısının pulunu özlərinə verirdi. Nəhayət 30 rialı qalır və deyir ki, bu da mənim pulumdur. Hamı təəccüblənir və ondan bunun səbəbini soruşurlar.

İbrahim deyir: “Yolkəsənlər sizin pullarınızı kisəyə yığandan sonra onlardan biri kisəni cibinə qoydu və rahat halda maşından çıxmaq istədi. Bu zaman mən onun bu kisəsini cibindən çıxartdım. O, başa düşmədi və maşın da hərəkət etdi. Sizə verdiyim bu pullar – sizin öz pullarınızdır”.

Alim deyir: “Mən bu sözləri eşidən zaman ağlamağa başladım və İbrahimə yuxumu danışdım. İndi başa düşdüm ki, niyə İmam (ə) onun kimi birisinin Məşhədə gəlməsini istəmişdir. Bunu eşidən zaman İbrahimin halı dəyişdi və ağlamağa başladı.

O, İmamın (ə) hərəminə qədər ağladı. Mənə dedi: “Boğazıma bir zəncir tax və məni bu halda hərəmə apar”.

Mən də onun dediklərini etdim. O, qəribə bir tövbə etdi və qoca qadından oğurladığı pulu zirehə atdı. İmam (ə) da şəfaətçi olub, onun bağışlanmasına səbəb oldu. Səfərimiz bu cür xoş aqibətlə sona çatdı””.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031