Dəvənin yaradılışında sirlər gizlənib
Mьəllif: admin1
Tarix: 9-04-2021, 11:08
Dəvənin yaradılışında sirlər gizlənib
Uca Allah Qurani-Kərimdə müxtəlif heyvanların və həşəratların adlarını çəkmişdir. Dəvə də bu heyvanlardan biridir ki, Allah insana onun xilqəti barəsində təfəkkür etməyi əmr etmişdir.

Çünki dəvənin xilqətində Allahın qüdrət sirləri gizlənmişdir.

“Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır? Və göyü (görmürlər) ki, necə ucaldılmışdır? Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir? Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır? Belə isə, öyüd-nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd-nəsihət verənsən”. (“Ğaşiyə” 21).

Bu ayələr bizə xəbər verir ki, dəvənin xilqəti çox mürəkkəb hisslərdən ibarətdir. Dəvənin etdiyi hər bir əməl instinktiv olmasına baxmayaraq, bizlər üçün bir dərs ola bilər.

İmam Əli (ə) buyurur: “Xeyir və bərəkəti dəvənin ayaqlarında axtarın. Necə gedir və necə qayıdır”.

Əgər insanda təfəkkür ruhiyyəsi olsa, bütün varlıq aləmi onun üçün dərs sinifi olar. Bir çoban diyarda, sanki dünya kitabxanasında əyləşər. Altında torpaq, üstündə göy, qarşısında dəvələr.

Əgər onların hamısına diqqət etsə, çox sayda sirləri kəşf etmiş olar. Misal üçün, dəvə atdan bərk qaçır, uzunqulaqdan daha çox yük daşıyır.

Heyvanların bəzisindən yük üçün, bəzisindən qida üçün istifadə olunur. Ancaq dəvə elə heyvandır ki, ondan hər şey üçün istifadə olunur. Həm yük daşımaq, həm minik, həm də qida kimi.

Müqəddəs Quran dəvə haqqında çox sayda ayəsində bəhs etmişdir. O cümlədən:

“Həmçinin, dəvədən iki baş, ya iki cüt və inəkdən iki baş, ya iki cüt (yaratdı)”. (“Ənam” 144).

“Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə, onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk”. (“Əraf” 40).

“(O qığılcımlar) sanki sarı rəngli dəvələrdir”. (“Mursəlat” 33).

O kəslər ki, Allahın varlığının dəlilini görmürlər, Qurani-Kərim onları təbiətə nəzər salmağa dəvət edir. Onlara heyvanların arasından dəvəyə diqqət etməyi buyurur.

Çünki dəvənin xilqətində çox sayda sirlər gizlənmişdir ki, insanlar onları kəşf etdikcə, Yaradanı kəşf etmiş olur.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031