Saleh insanların niyə bəzən duaları qəbul olunmur?
Mьəllif: admin1
Tarix: 5-04-2021, 14:42
Saleh insanların niyə bəzən duaları qəbul olunmur?
Saleh insanların bəzən dualarının qəbul olunmaması ona görədir ki, Uca Allah bu insanlara qarşı xüsusi inayətə malikdir.

Bu inayət sayəsində onları ziyan və zərərdən qoruyar. Dua edən bəzən elə şeyi dua edər ki, əslində onun ziyanına olar.

Ona görə də Allah həmin duanın yerinə yetirilməsini təxirə salar və bəndəsini ziyandan qoruyar. Ona elə şey verər ki, həqiqi xeyir olar.

Misal üçün, bir xəstənin dərman sandığı şey, əslində zəhər olar. Zəhər hesab etdiyi şey isə dərman olar.

Yaxınlarından istəyər ki, ona dərman hesab etdiyi zəhəri versinlər. Lakin onlar həmin şeyin zəhər olduğunu bildikləri üçün, ona dərmanı verərlər, zəhəri deyil.

Duanın yerinə yetməməsi insanı məyus etməməlidir.

Qüdsi hədisdə oxuyuruq: “Mən mömin bəndəmin gümanının yanındayam. Ona görə də Mənə xeyirdən başqa güman edə bilməz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allaha o halda dua edin ki, onun yerinə yetəcəyinə yəqinliyiniz olsun”.

İmam Sadiq (ə) buyurur: “Nə zaman dua etsən, güman et ki, hacətin qapının ağzındadır”.

Nəql edilir ki, Firon qərq olan zaman Həzrət Musadan (ə) yardım istəyir. Ancaq Həzrət Musa (ə) ona yardım etmir.

Allah Təala Həzrət Musaya (ə) vəhy edir ki, Firona yardım etməməyinin səbəbi budur ki, sən onu xəlq etməmisən. Əgər Məndən yardım istəsəydi, ona yardım edərdim.

Beləliklə deyə bilərik ki, heç kəs dua etməkdən əl çəkməməli və duasının yerinə yetməməsi üçün məyus olmamalıdır. Çünki bəzən etdiyi dua onun ziyanına olur və Uca Allah bu yolla onu qorumuş olur.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031