İntizarçıların vəzifələri – vəhdət və birlik
Mьəllif: admin1
Tarix: 3-04-2021, 22:21
İntizarçıların vəzifələri – vəhdət və birlik
İntizar qəbiləsinin ictimai vəzifələrindən əlavə, onun üzvləri İmam Məhdinin (ə.f.) hədəflərini təmin edən proqramlara malik olmalıdır.

Başqa sözlə, intizarda olan cəmiyyət vəd edilmiş rəhbərin razılığı yolunda addım atmağı özünə vəzifə bilməlidir. Demək, intizar içində olan cəmiyyət İmamın zühurunun gerçəkləşməsi və cahanşümul hökumətinin təşkil olunması üçün əhdinə sadiq qalmağa çalışmaqla münasib mühit hazırlamalıdır.

İmam Məhdi (ə) bu cəmiyyəti belə müjdələyir: “Əgər şiələrimiz (Allah onları itaət yolunda müvəffəq etsin) onlardan alınan beyətdə həmrəy və əzmli olsalar, sözsüz ki, görüş neməti təxirə düşməyəcək və bizi kamil və doğru şəkildə tanıdıqları zaman onların bizimlə görüş səadəti tezliklə reallaşacaq. (“Əl-ehticac”, c.2, səh.600.)

Bu da Allahın kitabında və onun nümayəndələrinin kəlamlarında açıqlanan həmin əhd-peymandır ki, biz burada onun ən mühüm nöqtələrinə toxunuruq:

1. İmamlara itaət etmək, onların dostlarını dost, düşmənlərini isə düşmən bilmək;

İmam Baqir (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Nəslimdən olan Qaim qiyam etməzdən əvvəl onu dərk edən və görən, dostu ilə dost və düşməni ilə də düşmən olan şəxsin xoş halına! Onlar mənim dostlarım və sevimlilərim və Qiyamət günü mənim yanımda ümmətimin ən əzizləridirlər.” (“Kəmalud-din”, c.1, fəsil 25, hədis 2, səh.535.)

2. İntizarda olan cəmiyyət dinlə bağlı səhvlərə, azğınlıqlara, bidətlərə, ictimai günah və çirkinliklərə laqeyd yanaşa bilməz, gözəl adət-ənənə və əxlaqi dəyərlərin unudulması müqabilində əksül-əməl göstərməlidir.

Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunmuşdur: “Əlbəttə, bu ümmətin sonunda (axır zamanda) mükafatı İslamın ilkin ümmətilə bərabər olan bir qrup gələcək. Onlar (cəmiyyəti) yaxşılığa dəvət və pislikdən çəkindirəcək və fitnə əhli ilə mübarizə aparacaqlar.” (“Dəlailun-nübuvvət”, c.6, səh.513.)

3. İntizarçıların başqaları müqabilində də bəzi vəzifələri vardır. Belə ki, həmkarlıq və əməkdaşlıq onların tədbirlərinin ilk hədəfi olmalıdır. Belə cəmiyyətin fərdləri dardüşüncəlilik və özünübəyənməkdən uzaq olaraq, hər zaman cəmiyyətdə olan yoxsulların köməyinə tələsməli və onların vəziyyətindən xəbərsiz qalmamalıdır.

Şiələrdən bir qrupu İmam Baqirdən (ə) onlara nəsihət etməsini istədikdə, Həzrət buyurdu: “Güclüləriniz zəiflərərə və sərvətliləriniz də yoxsullara qarşı mehriban olsun və bir-birinizin yaxşılığını istəyin.” (“Biharul-ənvar”, c.52, fəsil 22, hədis 5, səh.123.)

Qeyd etməliyik ki, həmkarlıq və əməkdaşlıq yalnız ətraf mühitlə məhdudlaşmır, əksinə intizarçıların xeyir və yaxşılıqları uzaq məntəqələrdə və digər şəhərlərdə yaşayan yoxsul və möhtac insanlara da çatmalıdır. Çünki intizar inancını daşıyanlar arasında ikilik, tərəfbazlıq və ayrılıqdan söz gedə bilməz.

4. İntizar qəbiləsinin üzvləri cəmiyyətə mehdişünaslıq rəngi və qoxusu verməli, İmamın (ə.f.) adı və xatirəsini hər yerdə yaşatmalı, kəlam və rəftarlarını bütün söhbətlərində başlarının üstündə tutub inananlara izah etməli və bu yolda canla-başla çalışmalıdır. Şübhəsiz, belələri imamların xüsusi diqqət və lütf-nəzərlərinə şamil olurlar.
İmam Baqirin (ə) Əbdülhəmid Vasiti adlı səhabəsi o Həzrətə: “Biz bütün həyatımızı zühurun intizarına vəqf etmişik; necə ki, bəzilərimiz bu yolda bir çox çətinliklərlə qarşılaşmışdır.” – deyə ərz etdikdə, Həzrət buyurdu: “Ey Əbdülhəmid, Allahın həyatını Ona vəqf edən bəndəsi üçün (çəkdiyi çətinliklərə görə) qurtuluş yolu qoymadığınımı zənn edirsən?

Bəli, Allaha and olsun ki, onun üçün qurtuluş yolu qərar vermişdir. Allah bizim əmrimizi (viəlayətimizi) dirçəldən bəndəyə rəhmət etsin!” (“Biharul-ənvar”, c.52, fəsil 22, hədis 16, səh.126.)

Sonda deyə bilərik ki, intizar karvanında hərəkət edənlər həyatın hər yönündə digər cəmiyyətlərə nümunə olmalı və vəd edilən xilaskarın zühuru üçün mühiti ən yaxşı şəkildə hazırlamağa çalışmalıdır. (“Negine-afərineş”, Məhəmmədmehdi Hairipur, 9-cu dərs, səh. 112-114.)


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930