Bu günün hər saatında 600 000 insan cəhənnəmdən azad edilər
Mьəllif: admin1
Tarix: 2-04-2021, 21:54
Bu günün hər saatında 600 000 insan cəhənnəmdən azad edilər
Cümə gününün gündüzləri və gecələrinin fəziləti başqa günlərdən fərqlənir.

Həzrət Peyğəmbər (s) buyurur: “Cümə gününün gündüz və gecəsi 24 saatdır və Allah Təala onun hər saatında cəhənnəmdən 600 min insan azad edər”.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, cümə axşamı gününün zöhründən cümə gününün zöhrünə qədər ölərsə, Allah ona qəbir əzabından pənah verər”.

Hər kim cümə gecəsini səhərə qədər ibadət və dua ilə keçirərsə, onun Allah qatında olan məqamı yüksələr və imanı artar.

İmam Sadiq (ə) buyurur: “Bəzi vaxtlar mömin şəxs hacəti üçün dua edər, Allah Təala hacətini təxirə salar ki, hər cümə hacətini yerinə yetirsin. Cümənin fəzilətinə görə istəyi, ikiqat həyata keçər”.

Həzrət İmam Cəfər Sadiq (ə) buyurur: “O zaman ki, Yusifin (ə) qardaşları Yəqubdan (ə) istədilər ki, günahlarının bağışlanması üçün Allaha dua etsin, deyir:

“Allahımdan sizin üçün bağışlanma istəyəcəyəm”. O, bu duasını cümə səhərinə qədər təxirə salır ki, duası yerinə yetsin”.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, cümə gecəsi gəlib çatar, dənizdəki balıqlar başlarını sudan çıxardarlar və səhra vəhşiləri səslənər və Allah Təalaya xitab edərlər ki, “Allahım! Bizlərə insanların günahına görə əzab vermə””.

İmam Sadiq (ə) buyurur: “Cümə gecəsində günahdan uzaq durun ki, o gecədə cəzalanmaq ikiqatdır. Necə ki, yaxşı əməllərin savabı da ikiqatdır”.

İmam Baqir (ə) buyurur: “Cümə günü quşlar bir-birinə çatan zaman salam verərlər və deyərlər: “Bu gün – dəyərli gündür””.

Həzrət Peyğəmbər (s) buyurur: “Cümə günü – günlərin seyyidi və böyüyüdür. Allah o gündə yaxşı əməllərin savabını ikiqat əta edər, günahları məhv edər, iman əhlinin dərəcəsini qaldırar, duaları yerinə yetirər, çətinlikləri asanlaşdırar və qəmi qəlblərdən aparar, böyük hacətləri rəva edər”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930