Allahın verdiyi nemətləri yada salmaq nə üçün lazımdır?
Mьəllif: admin1
Tarix: 31-03-2021, 23:22
Allahın verdiyi nemətləri yada salmaq nə üçün lazımdır?
Uca Allahın biz insanlara əta etdiyi nemətləri görüb, ona görə şükür etmək – hər bir Allah bəndəsinin vəzifəsidir.

Əgər bəndə bu nemətlərdən qəflət etməzsə və onlara görə şükür edərsə, ona bir çox bərəkətlər nəsib olar. O cümlədən:

1. Allahı həmd etmək. Allahı həmd etmək – yəni sitayiş etmək deməkdir. Allaha həmd və sitayiş etmək – Onun nemətlərini yada salmağın ilk mərhələsi hesab olunur.

Əgər insan Allahın ona verdiyi sonsuz nemətlərə diqqət edərsə, özündən asılı olmadan dilində Allaha şükür edər.

İmam Əli (ə) insanlara xitab edərək buyurur: “Ey insanlar! Mən sizə Allahın təqvasını, nemətlərinə görə çoxlu həmd etməyi tövsiyə edirəm”.

2. Şükür etmək. Allahın nemətlərini görməməzliyə vurmaq – naşükürlüyə səbəb olduğu kimi, onları görüb dəyərləndirmək isə Allahın şükrünə səbəb olar.

Rəhmətlik İmam (r) şükrə belə tərif vermişdir: “Şükür – insanın nəfsinə aid bir haldır ki, nemətin nemət verən tərəfindən olmasına dair elm nəticəsində meydana gələr”.

Başqa sözlə desək, şükür – qədir bilməkdir.

Hişam ibni Əhmər nəql edir ki, Mədinənin ətrafında İmam Kazım (ə) ilə birlikdə hərəkət edirdik. Birdən Həzrət (ə) atından yerə düşdü və uzun səcdə etdi. Səcdəsi bitəndən sonra soruşdum ki, niyə səcdəniz bu qədər uzun çəkdi?

Həzrət (ə) buyurdu: “Nemətlərdən birini xatırladım ki, Allahım mənə əta etmişdir. İstədim o nemətin şükrünü yerinə yetirim”.

3. Allaha məhəbbət bəsləmək. Eşq və məhəbbət bəsləmək – insanların xüsusiyyətlərindən biridir ki, məşuquna qarşı büruzə verər. O zaman ki, Allahı sevər, Allah da onun bu sevgisi qarşısında nemətlər əta edər.

İmam Baqir (ə) buyurur: “Allah Təalaya eşq bəsləmək – bəndənin İlahi sifətə bürünməsinin rəmzidir. O, Allaha olan sevgisini heç bir çətinlik olmadan çoxaldaraq, özünü İlahi sifətlə bəzəyə bilər”.

4. İbadət. Hər kim Allahın nemətlərinə diqqət edər – onda ibadət etmək üçün zəminələr yaranar. Necə ki, Allah Peyğəmbərə (s) Kövsəri əta etdikdən sonra onu namaza və qurban kəsməyə dəvət etmişdir.

”(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi Kitab, sonsuz elm, Həzrət Fatimeyi-Zəhranın (s.ə) gündən-günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik).

Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) əllərini boğazına qədər yuxarı qaldır (yaxud dəvə qurbanı kəs!)”. (“Kövsər” 1-2).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930