Aqil o kəsdir ki, həvəsinə itaətsizlik edər, Allaha itaət edər
Mьəllif: admin1
Tarix: 31-03-2021, 19:21
Aqil o kəsdir ki, həvəsinə itaətsizlik edər, Allaha itaət edər
Həvayi-nəfsin istəkləri və şəhvət – insanın heyvani hissləridir ki, onu daima günaha tərəfə sürükləyər.

Ancaq əgər insan ağlını gücləndirər və inkişaf etdirərsə, şəhvətə qalib gələr və günah qapılarını bağlayar.

İmam Əli (ə) buyurur: “Aqil o kəsdir ki, nəfsani istəklərdən uzaq olar”.

Ona görə də aqil o kəsdir ki, şəhvətdən uzaq olan yolu seçər və nəfsani istəklərinə müsbət cavab verməz.

Əgər ağıl yaxşı dərk edərsə, öz-özünə şəhvətdən uzaqlaşar. Onu heyvani sifət bilər və ondan çəkinər.

İmam Əli (ə) buyurur: “Nə zaman ağıl kamala çatar – həvəslər azalar”.

Həzrət Əli (ə) buyurur: “Hər kimin ağlı kamil olar – heyvani şəhvətə qarşı etinasız olar”.

İmam Əli (ə) buyurur: “Ağıl – başın ucalıq mənbəyi, insanın zahiri və batini gözəlliyidir. Ağıl, bütün çirkinlikləri insandan uzaqlaşdırar”.

“Aqil o kəsdir ki, həvəsinə itaətsizlik edər, Allaha itaət edər”.

İmam Əli (ə) buyurur: “Ağlın aşıb-daşan gücü insanı pis işlərdən çəkindirər”.

“O kəs ki, ağlını nəfsani istəklərindən üstün bilər – işləri düzgün və gözəl olar”.

İmam Əli (ə) buyurur: “Aqil o insandır ki, günahlardan çəkinər. Özünü eyiblərdən pak edər”.

Bu hədislərdən də göründüyü kimi, insan əgər ağlını inkişaf etdirərsə və dərk qüvvəsini gücləndirərsə heyvani hisslərdən uzaqlaşa bilər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930