Niyə Kəbə Evinin parçası qara rəngədədir?
Mьəllif: admin1
Tarix: 31-03-2021, 10:24
Niyə Kəbə Evinin parçası qara rəngədədir?
Kəbənin üzərində olan qara parça Kəbənin libası adlandırılır. Bu libas axır əsrlərdə qara rəngdə olmuşdur. Üzərinə qızıl saplarla Quran ayələri yazılar. Ancaq keçmiş əsrlərdə onun üzərindəki parça başqa rənglərdə olmuşdur.

İbni İshaq nəql edir ki, Həzrət Peyğəmbərin (s) əsrində Kəbənin üzərinə Misirdə toxunan qəbati adlı ağ parça örtərdilər. Sonra Yəmən pərdələrindən istifadə olundu.

Peyğəmbərdən (s) sonra Kəbənin üzərinə qəbati parçasını örtürdülər. Bu parçaların rəngi bəzən yaşıl, bəzən qırmızı və bəzən də digər rəngli olurdu.

Nasir Abbasinin dövründə Kəbə üçün yaşıl parçalar hazır etdilər. Onun xilafətinin sonlarında isə qara rəngli parçalardan istifadə etməyə başladılar.

Ondan sonra Misir dövləti bu parçanı öz üzərinə götürdü və onu qırmızı rəngdə toxumağa başladı.

Səlcuqi şahlarının dövründə İran bu iftixarı öz boynuna götürdü və onların rəngi sarı rəngdə idi.

1221-çi-ildən 1229-cu ilə qədər Hicaz bu pərdəni toxumağı öhdəsinə götürdü və əvvəl pərdənin rəngi qırmızı idi. Sonrakı illərdə onu qara rəng ilə əvəz etdilər.

Həcc zamanı isə qara pərdəni yuxarı çəkib, ağ pərdə ilə əvəz edərdilər. Həcc qurtarandan sonra yenə qara pərdə asardılar.

Kəbənin pərdəsinin qara rəngdə olmasının heç bir xüsusi mənası yoxdur. Adətən, onun rəngi – seçənlərdən asılıdır.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930