Günahkarların Qiyamət günü keçəcəkləri 4 mərhələ
Mьəllif: admin1
Tarix: 26-03-2021, 21:52
Günahkarların Qiyamət günü keçəcəkləri 4 mərhələ
Qurani-Kərimin “Nəhl” surəsində buyurulmuşdur: “Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdən bir şahid (iman və küfr, itaət və itaətsizliklərinə şəhadət vermək üçün hər ümmətin içərisindən onların peyğəmbərlərini, yaxud hər əsrin dəstələrinin arasından onların təqvalılarını) gətirəcəyik.

Sonra küfr etmiş kəslərə nə (danışmaq və üzr istəmək üçün) icazə verilər, (çünki şahidlərin və onların özlərinin bədən üzvlərinin şəhadəti kifayət edəcəkdir), nə onlardan razılıq istəniləcək və nə də onlara haqqın razılığını istəməyə rüxsət veriləcəkdir.

Və zülm edənlər (Cəhənnəm) əzabı(nı) gördükdə (onlar üçün tam aydın olacaq ki,) onların nə əzabı yüngülləşdiriləcək və nə də onlara möhlət veriləcəkdir.

Və müşriklər Allahın şəriki sandıqlarını gördükdə «ey Rəbbimiz, Sənin yerinə çağırdığımız şəriklərimiz bunlardır» deyərlər.

Onda şəriklər onlara «həqiqətən siz yalançısınız (biz əsla Allahın şəriki olmamışıq və siz də öz nəfsi istəklərinizə ibadət edirdiniz)» (deyə) bu sözü qaytararlar.

Həmin gün (həqiqətləri öz gözləri ilə görüb yəqin etdikdən sonra, naçar qalıb) itaətkarcasına Allahın hüzuruna təslim olarlar və (bütlərin şəfaəti və köməyi barəsində) yalandan uydurduqları şey onlardan yox olaraq (gözlərindən) itər.

Küfr edən və (başqalarını) Allahın yolundan saxlayan kəslərin əzabları üzərinə fəsad etdiklərinə görə daha bir əzab artıracağıq.

Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik.

Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu Kitabı sənə nazil etdik”. (“Nəhl” surəsi, ayə 84-89).

Bu ayələrdə günahkarların Qiyamət günündəki düşəcəkləri dörd hal bəyan edilmişdir.

Belə ki, birinci mərhələdə günahkarlar çalışacaqlar ki, günahlarını bir-birinin üstünə ataraq, özlərini günahsız göstərsinlər.

Bu hədəfə nail ola bilməyən zaman, ikinci mərhələdə çalışacaqlar ki, qarşı tərəfə məhəbbət göstərsinlər və onun danlaqlarına qulaq assınlar. Bu yolla qarşı tərəfin razılığını əldə etsinlər.

Bu mərhələ də işə yaramayan zaman, üçüncü mərhələdə Allahdan əzablarının yüngülləşməsini istəyəcəklər. Deyəcəklər ki, bizə əzab ver, ancaq az əzab ver.

Bu hədəfləri də boşa çıxan zaman, möhlət istəyəcəklər. Bu mərhələ onların səyinin son mərhələsi olacaqdır.

Qurani-Kərim buyurur ki, bu günahkarların günahı o qədər çirkin və çoxdur ki, nə özlərini müdafiə edə biləcək, nə qarşı tərəfin razılığını ala biləcək və nə əzablarının yüngülləşməsinə nail olacaqlar.

Beləliklə, deyə bilərik ki, Qiyamət günü günahkarlar bu dörd halı keçirəcəklər. Ancaq səyləri boşa çıxacaq və Allah Təala onları ağrılı əzabla cəzalandıracaqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031