Kişidə bu 3 sifət olmalıdır
Mьəllif: admin1
Tarix: 26-03-2021, 21:50
Kişidə bu 3 sifət olmalıdır
Kişinin ailədəki mövqeyi onun əxlaqından və rəftarından çox asılıdır. Kişi o zaman yaxşı ailə başçısı ola bilər ki, onda bu 3 sifət olsun.

İmam Əli (ə) buyurur: “Kişi ailəsinə qarşı bu üç sifətə riayət etməyə ehtiyaclıdır, baxmayaraq ki, onun təbiətində olmasa belə: xoş rəftarlı olmaq, ölçüsündə əliaçıq olmaq, yerində olan qeyrət”.

Çox təəssüf ki, əgər bu gün bəzi qadınlardan kişilərin ailədəki rəftarı barəsində soruşsalar, onlar ancaq gileylənəcəklər və ərinin pis əxlaqından şikayət edəcəkdir.

Ancaq bunu da qeyd etmək lazımdır ki, pis əxlaqa malik olan həyat yoldaşına səbir etmək və dözmək – ən böyük ibadət və cihaddır. Qadın onun savabını axirətdə alacaqdır.

İmam Sadiq (ə) buyurur: “Üç dəstə qadın vardır ki, Allah qəbir əzabını onlardan götürmüşdür və Qiyamət günü Həzrət Fatimə (s.ə) ilə məhşur olacaqlar. O qadınlardan biri o kəslərdir ki, həyat yoldaşlarının pis əxlaqına səbir edərlər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O qadın ki, ərinin pis əxlaqı qarşısında səbir edər – Allah ona Asyanın (savabı kimi savabı) ona əta edər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031