İnsanın dua zamanı zahiri və batini halı necə olmalıdır?
Mьəllif: admin1
Tarix: 24-03-2021, 20:39
İnsanın dua zamanı zahiri və batini halı necə olmalıdır?
Ariflərin buyurduğuna görə, bəndənin Allaha ən yaxın halı o zaman olur ki, bəndə səcdədə olur. İnsan eyni hissləri Allahla münacat edən zaman da keçirər.

O, dua edən zaman dörd hala düşər: xar olmasını dilinə gətirər, sızlayar, müti halda və təvazökar halda olar.

Müti hal və təvazökarlıq halı barəsində deyirlər ki, onlardan biri zahiri haldır, o birisi isə batini. Təvazökarlıq – batini haldır, mütilik isə zahiri. Zahiri hala həmçinin xar olmaq və sızlamağı da daxil edirlər.

İnsan Allahla münacat edən zaman əvvəl nə qədər xar və zəlil biri olduğunu bəyan edər. Sonra sızlayar və Allahla müti və təvazökar halda münacat edər.

Bunu qeyd etmək lazımdır ki, bu hisslərin hamısı batindən xəbər verər. Duada mühüm olan şey batindir. Zahir batinin təcəllisidir.

İnsan zahirdə batində nə baş verdiklərindən danışar. O, deyər: “Allahım, mən sənin yanında bir heçəm! Mən aciz və zəlil bir varlığam!”.

Hədislərdə oxuyuruq ki, insan dua edən zaman elə bir ixlasa malik olmalıdır ki, batinində baş verən fırtınalardan zahirdə xəbər verə bilsin. Əllərini göyə qaldırsın və zəlil şəkildə Allaha dua etsin.

Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, dua edən zaman əllərinizi göyə qaldırın. Bəndənin bu halı onun acizliyini göstərdiyi haldır.

“Biz onları (Məkkədə qəhətlik və xəstəlik kimi) əzaba düçar etdik. Lakin onlar öz Rəbblərinin dərgahına nə baş əyib təvazökarlıq göstərdilər, nə də yalvarıb-yaxarırlar”. (“Muminun” 76).

Bu ayə barəsində İmam Baqir (ə) buyurur ki, baş əyib təvazökarlıq etmək, həmçinin iki əli göyə qaldırmaq və onlarla münacat etməkdir. Yəni, həmin halda münacat etməkdir.

Beləliklə, deyə bilərik ki, bəndənin dua etməsinin ədəb qaydalarında zahiri və batini halları vardır. Əgər bəndə xarlığını bəyan edərək, sızlayaraq və müti halda dua edərsə – bu, onun zahiri halı olar.

Təvazökarlıq halı isə batini haldır ki, bu duaya xüsusi əhəmiyyət verər. İnsan əgər duasını təvazökar halda edərsə, bu, onun zahiri halında da özünü göstərər.

Həmçinin dua edən zaman əlləri göyə qaldırmaq – insanın xar olmaq əlamətidir. İnsan bu halda nə qədər aciz olduğunu Allaha göstərmək istəyir və Ondan imdad diləyir.

O, duada ki, bu dörd hal olar – sızlamaq, mütilik, baş əymək və əlləri göyə qaldırmaq – şübhəsiz ki, Allah dərgahında qəbul olar.



/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031