Qurani-Kərim insana Qiyamət günü şəfaət edəcəkdir
Mьəllif: admin1
Tarix: 22-03-2021, 10:35
Qurani-Kərim insana Qiyamət günü şəfaət edəcəkdir
O kəs ki, hələ cavan yaşından Quran oxuyar və Quran onun canı və qanı ilə qarışarsa, Qiyamət günü Quran onun şəfaətçisi olar.

Allahın dərgahında ərz edər: “Allahım! Hər əməl sahibi öz əməlinin əcrinə çatar, məgər o kəsdən başqa ki, mənim dediklərimə əməl edər. Allahım, Öz ətanı ona çatdır”.

Allah behişt geyimlərindən ikisini ona geyindirər. Başına kəramət tacı qoyar. Sonra Qurana xitab edər.

Quran deyər ki, bundan çoxuna mayil idim.

Bu zaman Allah əminlik məqamını sağ əlinə və ölməzlik məqamını sol əlinə qoyar və behiştə daxil edər.

Ona deyilər ki, Qurandan bir ayə oxu və yuxarı qalx. Bu zaman Qurana xitab olunar ki, ona verdiyimiz ətalar səni razı etdimi?

Quran deyər: “Bəli, Allahım!”.

Bu yolla Quran Allahdan istəyər və İlahi dərgahda şəfaət edər.

Həzrət Peyğəmbər (s) buyurur: “Quran şəfaət edəndir və onun şəfaəti qəbul olandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Quranı öyrənin, çünki Quran Qiyamət günü öz səhabələrinə şəfaət verəcəkdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031