Hər müsəlman gərək hər gün sədəqə versin. Necə?
Mьəllif: admin1
Tarix: 20-03-2021, 17:58
Hər müsəlman gərək hər gün sədəqə versin. Necə?
Sədəqə elə bir xeyir işdir ki, yoxsulların, ehtiyaclıların dadına çatar. Sədəqə sözünü eşidən kimi pul və ya maddi şeylər yada düşür.

Bunu nəzərə almaq lazımdır ki, sədəqə ancaq pulla həyata keçən əməl deyildir, bəlkə onun başqa əməli yolları da vardır.

O zaman ki, uşağa gülümsəyirsiniz və onun da gülməsinə səbəb olursunuz və ya ağlayan körpəni sakitləşdirirsiniz, ya yağışa düşən pişiyi islanmaması üçün başqa yerə aparırsınız, yetimin başına nəvaziş əlinizi çəkirsiniz, qocaya yol keçməsi üçün yardım edirsiniz... – bunların hamısı sədəqədir. Çünki ixlasla və Allah üçün görülmüş əməldir.

İmam Sadiqdən (ə) soruşurlar ki, maun nə deməkdir?

Həzrət (ə) buyurur: “Maun – borc mənasındadır ki, kiməsə verirsən. O ehsandır ki, Allah bəndələri barəsində edirsən. O ev əşyalarıdır ki, başqalarının ixtiyarında qoyursan. Başqa sözlə desək, bütün zəkat və sədəqələr maun hesab olunur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər müsəlman hər gün gərək sədəqə versin”.

Bu zaman səhabələr deyirlər: “Ya Rəsulallah! Kimin bu işi görməyə taqəti vardır ki?”.

Həzrət (s) buyurur: “İnsanların yolunun üstündə olan əziyyəti aradan qaldırmaq – sədəqədir. Cahili doğru yola yönəltmək – sədəqədir.

Xəstəni ziyarət etmək – sədəqədir. Əmr-be-məruf və nəhy-əz-münkər – sədəqədir. Salamın cavabını vermək də sədəqə hesab olunur”.

Beləliklə deyə bilərik ki, sədəqə vermək ancaq pul və ya maddi əşya ilə deyil, əslində başqa əməllərlə də yerinə yetirilə bilər.

Bu əməllər də sədəqə hökmündədir və insanı Allaha yaxınlaşdırar və bir çox bəlalardan qoruyar.

Ona görə də Peyğəmbərimizin (s) buyurduğu kimi, hər gün sədəqə verək.



/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031