Əsil yoxsulluq nədir?
Mьəllif: admin1
Tarix: 16-03-2021, 22:36
Əsil yoxsulluq nədir?
Əllamə Mühəmməd Təqi Cəfəri buyurur: “İnsanlıq qanunları nişan verir ki, insanların iqtisadi tərəflərinin inkişaf etməsi – onun təkamül etməsi üçün zəruri olan vasitələrdəndir.

Yoxsulluq – çox acı bir ölümdür. İqtisadi yoxsulluq – istər fərdi olsun, istərsə də ictimai olsun – insanın məhv olması deməkdir. Miskin insanlar sanki ölülərə bənzəyirlər.

Nə geyimləri vardır ki, bədənlərini örtsünlər, nə kilimləri vardır ki, ayaqlarını uzada bilsinlər. Bir neçə saat yatmaq onları sadəcə həyatın çətinliklərindən uzaqlaşdırar”.

İslam dini etidalın tərəfdarıdır. Buyurur ki, nə yoxsul ol, nə də zəngin. Yəni, mömin ruzisini qazanması üçün əlindən gələni etməli və Allaha təvəkkül etməlidir.

Məyus olub evdə əyləşməli deyildir ki, artıq ruzi qazana bilmir. Xeyr, Allah hər bəndəsinin ruzisini bir qapıdan açır və ona çatdırır. Sadəcə ruzinin az olması mömin insanı zəlil edər və izzətini alçaldar.

Onu həqir edər və başqalarına əl açmasına səbəb olar. Bu səbəbdəndir ki, dinimiz buyurur ki, yoxsulluq – acı ölüm kimidir. Çalışaq bu acı ölümdən uzaq olaq və izzətimizi qoruyaq.

İmam Əli (ə) buyurur: “Qəbir, yoxsulluq və kasıb olmaqdan daha yaxşıdır”.

İmam Əli (ə) oğlu Muhəmmədə buyurur: “Oğlum, sənin üçün yoxsulluğa görə qorxuram. Ondan Allaha pənah apar. Çünki yoxsulluq insanın dinini naqis, ağlını və düşüncəsini şübhəli, insanları ona qarşı və onu insanlara qarşı bədbin edər”.

İmam Əli (ə): «Yoxsulluq – bəladır. Yoxsulluqdan daha pisi – bədənin xəstə olmasıdır. Ondan da pisi – qəlbin (mənəvi baxımdan) xəstə olmasıdır».

İmam Səccad (ə) buyurub: «İnsanlardan ehtiyac istəmək – həyatda xarlığa, həya və abrın getməsinə səbəb olar. Eləcə də, insanın vüqarını, əzəmətini azaldar və o, əsil yoxsulluqdur. Ehtiyac əlini insanlara az uzatmaq isə nağd olan ehtiyacsızlıqdır».

Amma yoxsulluq – bir imtahan vasitəsi kimi, ləyaqətlə həll edilərsə, insanı başıuca edər. Əgər insan əlindən gələni etsə, üstəgəl, işlərini təvəkkül etsə, amma ehtiyaclı durumda qalsa – gərək səbir edib, imtahanını versin ki, gözəl aqibət qazansın.

İmam Əli (ə) buyurub: «Sərvət və rifaha sevinmə və yoxsulluq və çətinliyə görə kədərlənmə. Çünki qızıl od ilə əriyərək saflaşır, mömin isə bəla və çətinliklə!».

İmam Əli (ə) buyurur: “İki şey insanları həlak edər: yoxsulluqdan qorxmaq və fəxr istəyində olmaq”.

İmam Əli (ə) buyururb: «Allah Təala ruziləri təyin etdi, bu vaxt onları az, ya çox, gen-bol və sıx surətdə ədalətlə böldü ki, istədiyi kəsi ruzinin bolluğu və ya azlığı ilə imtahana çəksin və bunun vasitəsilə varlının və kasıbın şükrünü, səbrini aşkara çıxartsın».

Uca Allah bizləri imtahanları layiqincə verənlərdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031