Əgər insanın bu okeanla əlaqəsi kəsilərsə, o, məhv olar
Mьəllif: admin1
Tarix: 15-03-2021, 22:39
Əgər insanın bu okeanla əlaqəsi kəsilərsə, o, məhv olar
Uca Allah bu aləmin tədbirçisidir. Bu aləmə ancaq O, rəhbərlik edir. Allah Təala bəşərin istedad və qabiliyyətləri əsasında insana və aləmə rəhbərlik edir və tədbir görür.

Bu dünyada insanın başına gələn hər bir hadisə İlahi tədbir əsasında baş verər.

“(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk)”. (“Hicr” 21).

İnsan, Allahın məxluqudur və o, Allahdandır. Onun daxili gücü vardır. O, İlahi okeana qoşulmuş bulaq kimidir. Əgər okeanla əlaqəsi kəsilərsə, məhv olar. Allahın insana nazil etdiyi tədbirlərdən biri də hüzurdur.

Hüzur – elə bir nemətdir ki, göydən nazil olar və möminin qəlbində yer alar. “Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur”. (“Fəth” 4).

“Sonra Allah Öz Peyğəmbərinə və möminlərə Öz xatircəmliyini (məxsus vaxtlarda Öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını) nazil etdi, sizin görmədiyiniz qoşunları göndərdi”. (“Tövbə” 26).

Bu ayələrdən də göründüyü kimi, rahatlıq və hüzur hissi Allahdandır. İnsana Allah tərəfindən nazil olar. Ancaq hər qəlbə deyil, yalnız yaxşılıqlarla dolu olan qəlbə.

Beləliklə, deyə bilərik ki, bütün insanların ehtiyacı olan hüzur hissi – Allah tərəfindən nazil olan nemətdir. Ona görə də mömin bu nemətin istəyində olmalı və onu Allahdan istəməlidir. Hüzur olan yerdə həm batini və həm də xarici sağlamlıq olar.

Hüzura malik olan insan özünə etimad edər və işində müvəffəq olar. Dünyanın hər bir çətinliyində çıxış və həll yollarını asan tapar.

Hər kim hüzura malik olar, deməli Allah ona rəhman nəzəri salmışdır. O, bu cür bəndəsini behiştə daxil olana qədər təqib edər və ona Öz rəhman sifətlərini nazil edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031