Ayətəl-kürsi oxumaq istəyən adam 3 ayəni də oxumalıdırmı?
Mьəllif: admin1
Tarix: 12-03-2021, 17:57
Ayətəl-kürsi oxumaq istəyən adam 3 ayəni də oxumalıdırmı?
Əksər hədis və rəvayətlərdə “ayətəl-kürsi” deyilərkən Bəqərə surəsinin 255-ci ayəsi (“Əliyyül-Əzim” kəlməsinə kimi) nəzərdə tutulub.

Hədislərdə tək halda “ayə” kəlməsinin işlənməsi və yalnız bu ayədəki “kürsi” sözünün əlavə edilməsi də bu fikri qüvvətləndirir.

Əksər təfsirçilər də məhz Bəqərə surəsinin 255-ci ayəsini ayətəl-kürsi olaraq təfsir ediblər. Lakin bəzi hədislərdə ayətəl-kürsini sonrakı iki ayə ilə birlikdə oxumaq tövsiyə edilib.

Ənənəvi olaraq, əhli-sünnə müsəlmanlar arasında təkcə Bəqərə surəsinin 255-ci ayəsi, şiələr arasında isə 255, 256 və 257-ci ayələri ayətəl-kürsi sayılır.

Rəhmətə gedən şəxsin dəfn gecəsində qılınması müstəhəb olan vəhşət namazında da müctəhidlər ehtiyata görə hər 3 ayəni oxumağı məsləhət görürlər.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031