Ali Rəhbər Ayətullah Xameneinin Məbəs bayramı münasibətilə çıxışı
Mьəllif: admin1
Tarix: 11-03-2021, 20:54
Ali Rəhbər Ayətullah Xameneinin Məbəs bayramı münasibətilə çıxışı
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İran xalqını, İslam Ümmətini və dünyanın azad insanlarını Məbəs bayramı münasibətilə təbrik edib.

Maide.az xəbər verir ki, bu gün televiziya vasitəsilə çıxış edən Ali Rəhbər bildirib ki, Məbəs bayramı dünyadakı bütün ədalətsevərlərin bayramıdır və İslam ümmətinə xəbərdarlıq bayramıdır.

"Besətdə Peyğəmbərin mübarək qəlbi Allah-Taalanın ən qiymətli əmanəti olan vəhyin xəzinəsi oldu. Peyğəmbər varlıq aləminin ən ağır məsuliyyət və öhdəliyini üzərinə götürdü. Bu məsuliyyət dünyanın sonuna qədər insanların hidayət olunması idi".

Besəti bütün bəşəriyyət üçün böyük hədiyyə adlandıran Ali Rəhbər bildirib ki, bütün peyğəmbərlərin besətində ilahi hədəflər var ki, onların da başında tövhid durur." Tövhidin əsas mənası ilahi hakimiyyətə inanmaq, Allah-Talanın təşri və təkvin aləmində mütləq hakimiyyətinə etiqad bəsləməkdir".

Besətin əsas hədəfinin tövhid olduğunu vurğulayan Ali Rəhbər insanın ruhunun çirkinliklərdən təmizlənməsini, insanların təlim almasını, ədalətin bərqərar olmasını və pak həyat tərzini (maddi və mənəvi inkişaf) peyğəmbərlərin besətinin digər önəmli məqsədləri kimi qeyd edib.

Ali Rəhbər bildirib ki, bu çətin hədəfləri həyata keçirmək üçün ilk öncə ictimai münasibətlər zəminində geniş proqram və siyasi qüdrət olmaldır. "Bu siyasi quruluşda hökumətin nizamnaməsi Allahın kitabından əldə olunur. Bəşəriyyətin bütün proqramları bu prinsip çərçivəsində olmalıdır."

Ali Rəhbər qeyd edib ki, ilahi kitab prinsiplərinə əsaslanan bu hakimiyyətin rəhbərliyi və əsas strategiyasını yönəldən ilk öncə peyğəmbərdir. "Deməli, din geniş baxışda insan həyatının idarə edilməsindən ibarətdir. Yəni din təkcə fərdi və şəxsi həyat tərzi olaraq yox, kompleks şəklində anlaşılmalıdır. Belə bir dinin düşmənlərinin olması təbii haldır. Keçmişdə olduğu kimi, bu gün də dinlə düşmənçilik edən zalım və hegamon qüvvələr mövcuddur".

"Bu gün düşmənlərin təbliğatında işlədilən siyasi İslam termini İran İslam sistemində özünü doğruldan sistemdir" – deyən Ali Rəhbər bildirib ki, siyasi İslam, yəni iqtisadi və digər hökumət qrumları olan İslam. Bu, millət üçün bir kimlik yaradır, elə Quran da dini insanlara bu cür başa salır. Dinin təkcə fərdi ibadətlər və kiçik işlər həddinə endirilməsi yolverilməzdir.

Ayətullah Xamenei bildirib ki, Besət böyük hərəkətdir ki, bəşərin nicatverici və kompleks proqramını insanların ixtiyarında qoyur və onları böyük hərkət üçün hazırlayır.

İslam İnqilabının müasir dövrdə Besət mövzusunun yeniləndiyini bildirən Ali Rəhbər qeyd edib ki, İmam Xomeyni (r.ə) dinin unudulmuş siyasi və sosial ölçülərini canlandırdı.

"Allah-Taala o böyük şəxsiyyət olan İmama (İmam Xomeyni) bu tofiqi verdi ki, besətin davamlı xəttini müasir dövrdə özünün fədakarlığı, uca düşüncəsi, qorxmazlığı və təşəbbüsü ilə canlandırsın. İran İslam İnqilabı zülm, hegemonluq və imperializmə qarşı və məzlumlara tərəfdar olan Besətin misyasının davamı olaraq hər bir din və xalqdan olan məzlumların tərəfdarı və zalımlara qarşıdır. Bu İnqilab bütün bəşəriyyəti İslamın haqq yoluna dəvət etdi və bu İnqilabın əsas hərəkəti idi. İslami prinsiplər əsasında qurulan İslam Respublikası təşkil olunandan sonra peyğəmbərlər üçün baş verən hadisələr yenidən təkrarlandı, yəni dünyadakı cinayətkarlar İnqilabın qarşısında sıraya düzüldü.Əlbəttə, bu düşmənçilik bizim üçün gözlənilməz deyildi."

Ayətullah Xamenei düşmənçiliyin həmişə olduğunu və düşmənlərin İslam İnqilabı ilə bağlı yalan və təhrifləri geniş yaydıqlarını bildirib və qeyd edib ki, onlar dedilər ki, İslam Respublikası heç kimlə yola getmir və hamı ilə düşmənçilik edir, xeyr, bu belə deyil, yalandır. "Quran bizə öyrdib ki, sizinlə düşmənçilik etməyən kafirlərlə siz yaxşı davranın. İslam Respublikasının heç kimlə yola getmədiyini deyirlər, xeyr, bizim, bizimlə düşmənçilik etməyənlərlə problemimiz yoxdur. Quran düşmənlər deyir, başqa dindən olanlar demir. Quran düşmənçiliyin üzərində təkid edir. Quran buyurur, Mən və sizinlə düşmənçilik edənlərlə dostluq etməyin. Quranda silah və gücün əldə edilməsində məqsəd düşməni qorxutmaq üçündür. Burada düşmənçilik etməyənlər nəzərdə tutulmayıb. Deməli, İslam fəal düşmənlə mübarizəyə təkid edir."

Ali Rəhbər bildirib ki, bu düşmənçiliklərlə mübarizə aparmaq üçün iki önəmli element mövcuddur. "Mən həmişə tövsiyə etmişəm və yenə də tövsiyə edirəm. Bu elementlərdən biri bəsirət, digəri isə səbir və müqavimətdir. Əgər bu iki element – bəsirət və səbir – mövcud olarsa, düşmən heç bir iş görə bilməyəcək, heç bir ziyan vura bilməyəcək və uğur qazanmayacaq."

Bəsirətin sərrast baxışlı olmaq və düzgün yolu tanımaqdan ibarət olduğunu bildirən Ali Rəhbər qeyd edib ki, həm təcrübəli, həm də təcrübəsiz insanların səhv etmə ehtimalı var, lakin ehtiyatlı olmaq lazımdır ki, insan düz yolu seçməkdə yanlışlığa yol verməsin.

Fitnələr tozanağında düz yolu tapa bilsin. Səbir, yəni bu yolda müqavimət göstərmək, bu düz yoldan sapmamaq və bu yolda möhkəm dayanmaq deməkdir.

Diqqət edək ki, düşmənlər ya məlumatsız insanlar səbri yanlış məna etməsinlər. Səbir, yəni insan bu yolda hərəkət etməkdən dayanmasın. Əgər bu iki xüsusiyyət olarsa, düşmən heç vaxt qələbə əldə bilməz."

Ayətullah Xamenei bildirib ki, cəmiyyətdə bu iki elementi qorumaq üçün çıxış yollarından biri insanların bir-birini haqqa və səbrə dəvət etməsi və bu ikisinin qorunmasında diqqətli olmağı bir-birinə tövsiyə etmələrindədir.

"Xalq bir-birini haqqa və səbrə dəvət etməlidir. Bu tövsiyələr silsiləsinin qorunub-saxlanılması cəmiyyəti qoruyar. Belə bir cəmiyyət asanlıqla düşmənin hiylələrinə məruz qalmaz. Amma əgər möminlərin qorunmasına səbəb olan bu tövsiyələşmə silsiləsi kəsilərsə, hər kəsin zərər görməsi qaçılmazdır."

Aşkar hərbi müharibə ilə yanaşı həm də yumşaq müharibənin olduğunu vurğulayan Ali Rəhbər qeyd eidb ki, yumşaq müharibənin həlli daha çətin və bir mənada daha təhlükəlidir. "Düşmən yumşaq müharibədə iki hədəfin ardıncadır.

Birincisi, haqqa və səbrə dəvət edən tövsiyələşmə silsiləsini qırmaq və ikincisi, həqiqətləri əksinə göstərmək. Dünyadakı həqiqətləri yalandan əksinə göstərirlər.

Möminlər arasında haqqa və səbrə dəvət edən tövsiyələşmə silsiləsini qırmaq çox təhlükəlidir. Çalışırlar ki, möminlər bir-birini qorumasın və bir-birinə ümid verməsin.

Bu baş verərsə, insanlar tənhalaşacaq, naümid olacaq və iradələri zəifləyəcək. İradələr zəifləyərsə, ümidlər solğun olacaq və əməldə addım atmaq cürətini itirəcək. Tövsiyələşmə olmazsa, bu baş verir.

Ümidlər və cürətlər azaldığı və iradələr zəiflədiyi zaman ali və yüksək hədəflərin solması və onlaırn unudulması qaçılmazdır. Yumşaq müharibə zabitləri, yəni gənclər bunun baş verməsinə icazə verməməlidir.

Onlar bir-birini müqavimət göstərməyə, yorulmamağa və tənbəllik etməməyə tövsiyə etməlidirlər. Bu gün bu işi görmək üçün virtual məkan bir imkandır.

Siz əziz gənclər virtual məkandan ümid yaratmaq, haqqa tövsiyə, bəsirət yaratmaq, tənbəllikdən çəkindirmək üçün istifadə edin.

Onların ikinci işi həqiqət haqqında yalan danışmaqdır. O qədər qətiyyət və cürətlə yalan danışırlar ki, qulaq asan elə bilir ki, düz danışırlar.

Ali Rəhbər İran, İraq, Suriya və Yəməndə İslam düşmənlərinin yalanlarından statlar gətirərək onların bu ölkələrdəki cinayətlərindən danışdı.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031