İmam Kazimin (ə) səxavəti
Mьəllif: admin1
Tarix: 11-03-2021, 20:47
İmam Kazimin (ə) səxavəti
İmam Kazim (ə) digər gözəl xüsusiyyətləri ilə yanaşı əliaçıqlıq və səxavət baxımından xalq arasında çox məşhur idi.

Belə ki, bir dəfəyə min nəfər qulu azad etdirmişdi və çətin günlərdə onlara əl tutaraq borclarını ödəyirdi. Kimsəsizlər və yoxsullar fəqirlik bataqlığından qurtulmaq üçün o həzrətin yanına gəlirdilər.

Tarixçilərin yekdilliklə yazdıqlarına əsasən, İmam Kazim (ə) bütün var-dövlətini, heç bir təşəkkür və minnətdarlığa ehtiyac duymadan Allah yolunda yoxsullara paylayırdı.

İmam (ə) ehtiyaclı şəxslərə tanınmaz və gizli şəkildə yardım edirdi ki, təşəkkür etdikləri zaman onu tanimasınlar. Elə buna görə də, gecələr və hava qaranlıq olduğu zaman yoxsulların yanına gedərdi.

Ehtiyac sahibi ehsan edən şəxsin kim olmasını bilmədiyi, haradan gəldiyi haqda məlumatı olmadığı halda, İmamın (ə) səxavətindən bəhrələnirdi.

İki yüz və dörd yüz dinarlıq pul kisələri onlara sədəqə verirdi. Bu pul kisələri ağırlıqda və çoxluqda dillər əzbəri idi.

Hətta, camaat arasında belə deyilirdi: “Musanın (ə) pul kisələrini alan şəxsin kasıblıqdan şikayət etməsi təəccüblü olar”.

Yüz dirhəm istəyənə min dirhəm!

Bir yoxsul İmam Kazimin (ə) yanına gəldi və yoxsulluqdan şikayətlənərək dedi:

- Əgər yüz dirhəmim olsaydı, onunla ticarət edərdim və kasıbçılıqdan yaxa qurtarardım. İmam (ə) gülərüzlüklə ona dedi:

- Mən səndən bir sual soruşacağam. Onun cavabını verə bilsən, istədiyindən on dəfə çox məbləği sənə verəcəyəm.

- Soruşun.

- Əgər dünyada bir arzu etmək istəsən, nə arzulayarsan?

- Arzu edərdim, Allah mənə kömək etsin ki, din qardaşlarıma yardım edə bilim və onların canlarını düşmənin təhlükəsindən qoruyum.

- Nə üçün bizimlə dostluğu arzu etmirsən?

- Bu dostluq və məhəbbət mənim vücudumdadır. Bu dostluğu mənim vücudumda qoyduğu üçün Allaha şükür edirəm. Ona görə də məndə olmayan bir şeyi arzu edirəm.

- Yaxşı cavab verdin. Əhsən sənə!

Sonra həzrət ona iki min dirhəm verib buyurdu: “Bu pul ilə fir (ona “mazu” və ya “mazı” də dеyirlər) alqı-satqısı et. Çünki o quru olur və az ziyan görür”.

Yoxsul kişi imamın dediyi kimi etdi və yaşayışı çox yaxşılaşdı.

Əkinçinin yeni iş qura bilməsi üçün ona dəyən zərəri ödəməsi

İsa ibn Məhəmməd ibn Məğis Mədinənin təcrübəli əkinçilərindən idi. Onun ömründən doxsan il ötmüşdü. O deyir:

Mədinənin ətrafında yemiş, xiyar və balqabaq becərdiyim əkin sahəm var idi. Əkdiyim tərəvəzlər bar vermə mərhələsində gəlib çatdıqda, çəyirtkələr məhsuluma hücum etdilər və onları tamamilə yararsız hala saldılar.

Mənə yüz iyirmi dinar, üstəlik iki dəvənin qiyməti məbləğində ziyan dəydi. Bu hadisədən sonra çox narahat və qəmgin oldum. Başıma gələnləri mövlam Musa ibn Cəfərə (ə) danışdım.

İmam (ə) buyurdu: - Nə qədər ziyan dəyib?

Mən ziyanın məbləğini həzrətə dedim.

Ərəfə adlı xidmətçisi də imamın yanında idi. Həzrət üzünü Ərəfəyə tutub buyurdu: - İsa ibn Məğisə yüz əlli dinar və iki dəvə ver.

Ərəfə İmamın (ə) əmrini yerinə yetirdi.

İmamdan (ə) xahiş etdim ki, əkin sahəmə daxil olub mənim üçün dua etsin. İmam (ə) sahəyə daxil oldu və dua etdi.

İbn Məğis deyir: Mən o iki dəvə ilə ziyan etdiyim yerdə işlədim və vaxtı-vaxtında sahəni suvardım. Allah bərəkət verdi və mən bolluca məhsul götürdüm və o məhsulu min dinara satdım.

“On dörd məsumun həyatı” kitabından

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031